PAŞA Kapital ilə illik 10.5% gəlirli “Ziraat Bank Azərbaycan” ASC-nin istiqrazlarına investisiya fürsəti ®
Dövlət və korporativ istiqrazlar üzrə illərdir ki sektorunun aparıcı üzvü kimi mövqeyini qoruyan PAŞA Kapital, “Ziraat Bank Azərbaycan” ASC-nin 30 milyon həcmində istiqrazlarına abunə yazılışına start verib.
160 ildən artıq tarixə malik “Ziraat Bankası” Türkiyənin bank sektorunun qurucularından və ölkə iqtisadiyyatının aparıcı maliyyə institutlarından biri hesab olunur. Bu təcrübəni Azərbaycan bazarına daşıyan “Ziraat Bank Azərbaycan” ASC 12 ilə yaxındır ki, ölkədə fəaliyyət göstərir.
“Ziraat Bank Azərbaycan” ASC ilk dəfə ölkənin kapital bazarlarında istiqraz emissiyasını həyata keçirərək, geniş investor auditoriyasına yeni sərfəli investisiya aləti təklif edir.
Həm fərdi, həm də hüquqi investorlar üçün yüksək gəlirli investisiya fürsəti yaradan, ümumi sayı 50 000 ədəd olan və vergidən azad bu istiqrazların əsas xüsusiyyətləri:
• Nominal dəyər: 100 AZN;
• Gəlirlilik faizi: İllik 10.5%;
• Ödəniş müddəti: Rüblük
• Tədavül müddəti: 12 ay
Növü: Sənədsiz, adlı, faizli, təmin edilməmiş
İstiqrazları əldə etmək istəyən şəxslər 21 avqust 2026-cı il tarixinədək PAŞA Kapital-ın rəsmi saytında yerləşən “Aktiv istiqraz təklifləri” bölməsi, 1548 qısa nömrəli Çağrı Mərkəzi, həmçinin Birbank İnvest tətbiqi vasitəsilə abunə yazılışında iştirak edə bilərlər.
Qeyd edək ki, Ziraat Bank istiqrazları kütləvi abunə yazılışı üsulu ilə təklif olunur. Tələb təklifi üstələdiyi halda, daxil olan hər bir sifarişin yerləşdirilməsi proporsional qaydada bölünməklə həyata keçiriləcəkdir.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
23 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
- 4 d. əvvəl
- 8 d. əvvəl
-
10 d. əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
- 32 d. əvvəl
- 36 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
2 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
"CFI Financial”da 7 dəfədən çox artım
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
Ən çox oxunanlar
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək






















