Biznes hesab cəmi 3 dəqiqəyə: PAŞA Bank Biznes mobil tətbiqində!
(®) PAŞA Bank müştəri təcrübəsini daha da təkmilləşdirmək məqsədilə sahibkarların real ehtiyaclarına uyğun məhsul və xidmət portfelini inkişaf etdirməyə davam edir. Bu istiqamətdə həyata keçirilən növbəti yenilik olaraq artıq fərdi sahibkarlar PAŞA Bank Biznes mobil tətbiqi vasitəsilə biznes hesabını tam rəqəmsal şəkildə aça bilərlər.
Biznes hesabının mobil tətbiq üzərindən açılması sahibkarların bank xidmətlərinə daha operativ qoşulmasını təmin etməklə yanaşı, biznes fəaliyyətinə daha qısa müddətdə başlamağa imkan yaradır. Hesabın 3 dəqiqə ərzində açılması xüsusilə çevik qərarvermənin vacib olduğu sahibkarlıq fəaliyyəti üçün əlavə rəqabət üstünlüyü yaradır.
Yeni funksionallıq sahibkarlara filiala baş çəkmədən, növbə gözləmədən və əlavə sənəd dövriyyəsinə ehtiyac olmadan cəmi bir neçə addımda biznes hesabı açmağa imkan verir. SIMA rəqəmsal imza identifikasiyası sayəsində proses günün istənilən vaxtı təhlükəsiz və sürətli şəkildə həyata keçirilir.
Biznes hesabının açılması funksionallığı haqqında daha ətraflı məlumat almaq üçün bu linkə keçid edin.
Qeyd edək ki, PAŞA Bank korporativ, kiçik və orta bizneslər üçün investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi və aktivlərin idarə olunması istiqamətlərində geniş xidmət portfeli təqdim edir. Bank International Investor Magazine tərəfindən 2026-cı il üzrə "Azərbaycanın ən yaxşı bankı" və "Azərbaycanın ən yaxşı KOS bankı" seçilib. Son illərdə isə Euromoney, Global Finance və Stevie Awards tərəfindən də bir sıra nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
13 d. əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
Ən çox oxunanlar
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR




























