970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ

“Sığortaya 145 manat vermişdim” – Kürdəmirli fermer 6 156 manat sığorta ödənişi aldı
AzVak-mobil_resmin_ustu_31
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ

Aqrar Sığorta Fondu Kürdəmir rayonunun Ərəbxana kəndindən olan fermer Mirbala Rəhimova pambıq sahəsinə dəymiş zərərə görə 6 156 manat sığorta ödənişi həyata keçirib.

Fermerin 7 hektarlıq pambıq əkin sahəsinə güclü dolu və leysan yağışı nəticəsində böyük zərər dəyib.

Fermerin Aqrar Sığorta Fonduna müraciətindən dərhal sonra əraziyə müstəqil aqrar sığorta eksperti yönləndirilib və əkin sahəsinə dəymiş zərər dəqiq hesablanıb. Fermer əkin sahəsindən məhsulun bir hissəsini toplaya bilsə də, digər hissəsi məhv olub.

Qiymətləndirmənin nəticəsinə əsasən, fermer Mirbala Rəhimova əkin sahəsinə dəymiş zərərə görə 6 156 manat sığorta ödənişi təyin edilib və vəsait onun bank hesabına köçürülüb.

Xatırladaq ki, Azərbaycanda dövlət aqrar sığorta mexanizmi çərçivəsində sığorta haqqının 50%-ni subsidiya edir. Yəni fermer hesablanmış sığorta haqqının yalnız yarısını ödəyir, digər 50%-ni isə dövlət qarşılayır.

Qeyd edək ki, M.Rəhimov 7 hektar pambıq sahəsinin sığortalanması üçün cəmi 145 manat, yaxud hər hektara 20,7 manat sığorta haqqı ödəyib.

Hadisə nəticəsində məhsulun bir hissəsinin məhv olmasına görə fermerə ödənilən 6 156 manatlıq sığorta ödənişi onun ödədiyi sığorta haqqından 42 dəfədən çoxdur.

Sığorta ödənişi alan fermer Mirbala Rəhimov aqrar sığorta mexanizmindən, o cümlədən Aqrar Sığorta Fondunun fəaliyyətindən razı qalıb. Fermer sığorta ödənişini aldıqdan sonra öz təşəbbüsü ilə yaşadığı Ərəbxana kəndində həmkəndliləri ilə görüş keçirərək onlara aqrar sığortanın üstünlükləri barədə məlumat verib.

M.Rəhimov həmkəndlilərini, həmkarlarını və digər fermerləri dövlət dəstəkli aqrar sığorta mexanizmindən istifadə etməyə, təsərrüfatlarını sığortalamağa çağırıb.

Xatırladaq ki, pambıq Aqrar Sığorta Fondu tərəfindən ən çox sığorta ödənişi həyata keçirilən bitkilərdən biridir. İndiyədək Fond tərəfindən pambıq sahələrinə müxtəlif hadisələr nəticəsində dəymiş zərərlərə görə 2 milyon 280 min manata yaxın sığorta ödənişi həyata keçirilib və bu məbləğ hər ay artmaqdadır.

Kürdəmir rayonu da aqrar sığorta mexanizmindən ən çox faydalanan rayonlardan biridir. İndiyədək Aqrar Sığorta Fondu tərəfindən rayonda baş vermiş müxtəlif sığorta hadisələri üzrə fermer və təsərrüfatlara 355 min manat sığorta ödənişi edilib.

Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.

20.08.2026 23:43
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19