970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABŞ İrana qarşı “İqtisadi Təcrid Əməliyyatı”na başladı - İranla işləyənlər dollar sistemindən çıxarılacaq

ABŞ İrana qarşı qlobal iqtisadi müharibə elan etdi – Çin də hədəfdədir. Tramp İranın bütün maliyyə damarlarını kəsmək istəyir – “Saat işləməyə başladı”. Vaşinqtondan dünyaya ultimatum: İranla işləyənlər dollar sistemindən çıxarılacaq. ABŞ İranı qlobal iqtisadiyyatdan çıxarmağa hazırlaşır – Heç kim istisna deyil
AzVak-mobil_resmin_ustu_31
ABŞ İrana qarşı “İqtisadi Təcrid Əməliyyatı”na başladı - İranla işləyənlər dollar sistemindən çıxarılacaq

Tramp administrasiyası bazar ertəsi İran iqtisadiyyatını təcrid etməyə yönəlmiş yeni plan açıqlayıb.

Marja xəbər verir ki, plan çərçivəsində İran İslam Respublikasının iqtisadi fəaliyyətini davam etdirməsinə imkan yaradan xarici şirkətlərə, banklara və digər qurumlara sanksiya tətbiq edilməsi nəzərdə tutulur.

ABŞ-ın maliyyə naziri Skott Bessent yeni sanksiya strategiyasını təqdim edərkən bildirib:

“Biz İranın dünyanın müxtəlif yerlərindəki maliyyə əlaqələrinə qarşı iqtisadi hücuma başlayırıq”.

Yeni kampaniya “Operation Economic Outcast” – “İqtisadi Təcrid Əməliyyatı” adlandırılıb.

Bessentin sözlərinə görə, Prezident Donald Tramp dünya liderləri ilə telefon danışıqları aparır və onlardan İranla münasibətlərini dayandırmaq üçün konkret addımlar atmalarını tələb edir.

Sanksiyalar hələ tətbiq edilməyib

Bessent bildirib ki, vəd edilən yeni sanksiyalar hələ qüvvəyə minməyib.

ABŞ ilkin mərhələdə ayrı-ayrı ölkələrə Vaşinqtonun müəyyən etdiyi fəaliyyətlərin dayandırılması üçün konkret vaxt çərçivələri göndərəcək.

“İranın adından çirkli pulların yuyulmasına şərait yaradan istənilən qurum ABŞ dolları sistemindən çıxarılacaq. Vaxt artıq işləməyə başlayıb”, – Bessent deyib.

Donald Tramp bundan əvvəl bu planı İran üçün “İqtisadi D-Day” adlandırmışdı.

Çin də sanksiyalardan kənarda qalmayacaq

Yeni planın açıqlanmasından dərhal sonra əsas suallardan biri ABŞ-ın İranın ən böyük ticarət tərəfdaşı olan Çinə qarşı da tədbirlər görüb-görməyəcəyi olub.

Vaşinqton və Pekin ötən il kəskinləşən ticarət müharibəsindən sonra aylardır kövrək ticarət "atəşkəsini" qoruyurlar.

Donald Tramp və Çin Prezidenti Si Cinpin may ayında Pekində görüşüblər. Si Cinpinin sentyabrın sonunda Vaşinqtonda Trampla növbəti görüşü planlaşdırılır.

Bessent isə bazar ertəsi keçirilən tədbirdə Çinin yeni sanksiya rejimindən istisna edilməyəcəyinə işarə edib.

“Bu gün burada açıq şəkildə bildirmək istəyirik ki, heç kim ABŞ sanksiyalarının əhatə dairəsindən kənarda deyil”, – Bessent Çin banklarının hədəfə alınıb-alınmayacağı ilə bağlı suala cavab verərkən bildirib.

Onun sözlərinə görə, əgər Çin bankları və ya digər qurumlar İran neftinin pula çevrilməsinə imkan verən əməliyyatlarda iştirak edərlərsə, onlar da sanksiyalara məruz qalacaqlar.

“Əgər onlar əməliyyatlara şərait yaradır və İran neftini pula, həmin pulu isə repressiyaya çevirən ekosistemin bir hissəsinə çevrilirlərsə, hədəfə alınacaqlar”, – ABŞ-ın maliyyə naziri bildirib.

Məqsəd İranın bütün iqtisadi “həyat xətlərini” kəsməkdir

İrana qarşı yeni iqtisadi hücum planı ABŞ ilə Tehran arasındakı müharibənin altıncı ayına yaxınlaşdığı bir vaxtda açıqlanıb.

Qyd olunur ki, münaqişədə nə hərbi, nə də diplomatik qələbənin yaxınlaşdığına dair əlamət görünür.

İyun ayında əldə edilmiş zəif atəşkəs razılaşması isə 60 günlük müddəti ötən həftə başa çatmamış faktiki olaraq qüvvədən düşmüşdü.

Dünya neft ticarətinin ən mühüm marşrutlarından biri olan Hörmüz boğazı İrana strateji üstünlük verməyə davam edir və boğazda kommersiya fəaliyyəti müharibədən əvvəlki səviyyədən xeyli aşağıdır.

ABŞ son həftələrdə İrana qarşı daha az zərbə endirdiyini açıqlayıb. Paralel olaraq bəzi silah və sursat ehtiyatlarının azaldığı barədə məlumat və ehtimallar yayılıb.

Bessent bildirib ki, ABŞ-ın yeni məqsədi İran hakimiyyətini maliyyələşdirən bütün iqtisadi kanalları bağlamaqdır.

“Məqsədimiz Tehran tək qalana qədər bu tiran rejimi ayaqda saxlayan hər bir iqtisadi həyat xəttini kəsməkdir”, – o deyib.

İran neftini alan və daşıyanlar hədəfə çevriləcək

ABŞ administrasiyasının müəyyən etdiyi “İranın dəstəkçiləri” siyahısına ölkənin neftini alan və daşıyan şirkətlər, maliyyə əməliyyatlarını həyata keçirən qurumlar, İran təyyarələrini qəbul edən tərəflər və dənizdə yük ötürülməsinə şərait yaradan strukturlar daxildir.

Bessentin sözlərinə görə, ABŞ sanksiyaların əhatə dairəsini daha da genişləndirəcək.

Yeni tədbirlər İranın aşağıdakı sahələri ilə əməkdaşlıq edən şəxsləri və şirkətləri də əhatə edə bilər:

- rəqəmsal aktivlər və kriptovalyutalar;

- texnologiya;

 -qızıl;

- aviasiya;

- gəmiçilik və dəniz daşımaları;

- neft alışı və daşınması;

- beynəlxalq maliyyə əməliyyatları.

Beləliklə, Vaşinqton yalnız İran şirkətlərinə deyil, İran iqtisadiyyatının xarici dünya ilə əlaqəsini təmin edən üçüncü ölkələrin bank və şirkətlərinə də təzyiqi kəskin şəkildə artırmağa hazırlaşır.

İş elanları AzVak.az-da

Donald Tramp ABŞ İran İran sanksiyaları Skott Bessent Operation Economic Outcast İqtisadi Təcrid Əməliyyatı Economic D-Day ikincili sanksiyalar Çin Çin bankları Si Cinpin İran nefti neft ixracı Hörmüz boğazı ABŞ dolları dollar sistemi İran iqtisadiyyatı qlobal sanksiyalar İran-Çin ticarəti neft daşımaları gəmiçilik aviasiya qızıl kriptovalyuta rəqəmsal aktivlər ABŞ-İran münasibətləri Tehran Vaşinqton maliyyə sanksiyaları neft bazarı.
24.08.2026 23:07
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19