Səudiyyə Ərəbistanı nefti qərb istiqamətindən ixrac etmək imkanını itirir
Neft qiymətləri bazar ertəsi səhər Səudiyyə Ərəbistanına qarşı yeni Husi hücumları və Hörmüz boğazında baş verən yeni zərbələrin regionda tədarükün pozulması ilə bağlı narahatlıqları artırması fonunda kəskin yüksəlib.
Marja xəbər verir ki, İran və Fars körfəzinin digər ölkələri arasında Hörmüz boğazı ilə bağlı keçirilməsi planlaşdırılan danışıqların təxirə salınması da tədarük riskləri ilə bağlı narahatlığı gücləndirib. Bu vəziyyət neft qiymətlərində geosiyasi risk mükafatını artıraraq xam nefti ilin ən yüksək səviyyələrinə yaxın saxlayıb.
Brent markalı neftin fyuçersləri 3,5%-dək bahalaşaraq bir barel üçün 108,41 dolları görüb. Daha sonra artım qismən zəifləyib və Bakı vaxtı ilə səhər saatlarında Brent 107,37 dollar ətrafında ticarət olunub.
ABŞ-ın WTI markalı xam neftinin fyuçersləri isə 3,9% bahalaşaraq bir barel üçün 102,84 dollara çatıb.
Husilər Səudiyyə Ərəbistanına və Babülməndəbdə gəmiçiliyə hücum edib
Neftin bahalaşmasının əsas səbəblərindən biri Yəməndəki Husi qüvvələrinin həftəsonu Səudiyyə Ərəbistanındakı yeni hədəflərə hücum etməsi olub.
İranla yaxın əlaqələri olan Husilər Babülməndəb boğazında maneəsiz hücumlar həyata keçirməyə, eləcə də Səudiyyə Ərəbistanının mühüm enerji obyektlərini hədəfə almağa imkan verən mövqelər əldə ediblər.
Bundan əvvəl Husilər ötən həftə Səudiyyə Ərəbistanında bir sıra mühüm obyektlərə, o cümlədən “Aramco”nun neft emalı zavoduna və yanacaq terminalına, bir neçə yanacaq obyektinə və hava limanlarına, həmçinin Babülməndəb boğazında gəmilərə zərbələr endirmişdilər.
Son hadisələr Yaxın Şərqdə neft daşımaları üçün daha bir mühüm marşrutun risk altına düşməsi deməkdir. Xüsusilə nəzərə alınır ki, Səudiyyə Ərəbistanının Hörmüz boğazından keçən neft daşımalarının əhəmiyyətli hissəsi alternativ olaraq Babülməndəb istiqamətinə yönəldilmişdi.
Səudiyyə Ərəbistanı yeni Husi hücumlarından sonra mühüm Şərq-Qərb neft boru kəmərinin fəaliyyətini dayandırdığını açıqlayıb. Məlumatlara görə, Husilər həftəsonu ölkədə əlavə hədəfləri vurub və Babülməndəb boğazında gəmiçiliyə qarşı yeni hücumlar həyata keçiriblər.
ANZ analitikləri bildiriblər ki, Ər-Riyad Hörmüz boğazında vəziyyət yenidən pisləşəcəyi halda nefti qərb istiqamətindən ixrac etmək imkanını faktiki olaraq itirib.
Analitiklərin fikrincə, bu vəziyyət cari həftə ərzində neft qiymətləri üzərində əlavə yüksəliş təzyiqi yarada bilər.
Oman: Hörmüzlə bağlı danışıqlar təxirə salınıb
Omanın xarici işlər naziri Seyid Bədr əl-Busaidi bazar günü bildirib ki, İran ilə Körfəz ölkələri arasında bazar ertəsi keçirilməsi planlaşdırılan regional görüş təxirə salınıb.
Görüşün keçiriləcəyi barədə məlumat ötən həftə neft qiymətlərində artımı müəyyən qədər məhdudlaşdırmışdı. Bazar iştirakçıları diplomatik təmasların bərpasının regiondakı neft tədarükü risklərini azalda biləcəyinə ümid edirdilər.
Lakin görüşün qeyri-müəyyən müddətə təxirə salınmasından sonra Hörmüz boğazında gərginliyin yaxın müddətdə davam edəcəyi gözlənilir.
Avqust ayında ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən kəskinləşməsindən sonra Hörmüz boğazı vasitəsilə neft daşımaları müharibədən əvvəlki səviyyələrin yalnız kiçik bir hissəsinə qədər azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər
























