970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Neft-qaz gəlirləri tədiyə balansını gücləndirdi – Profisit 9 milyard dolları keçdi

Azərbaycan tədiyə balansında profisit 2 dəfə artıb – 4,7 milyard dolları keçib. Azərbaycanın xarici maliyyə göstəricilərində ciddi yaxşılaşma – AMB rəqəmləri açıqladı
AzVak-mobil_resmin_ustu_31
Neft-qaz gəlirləri tədiyə balansını gücləndirdi – Profisit 9 milyard dolları keçdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ilin ilk yarısında Azərbaycanın cari əməliyyatlar balansında 4 milyard 737,7 milyon ABŞ dolları profisit yaranıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.

Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “2026-cı ilin 6 ayı üzrə Tədiyə balansı” hesabatında bildirilir.

Reklam_3_11

2025-ci ilin ilk 6 ayında cari əməliyyatlar balansının profisiti 2 milyard 317,4 milyon dollar olmuşdu. Bu il profisitin ÜDM-ə nisbəti 12,4%-ə çatıb. Mərkəzi Bank bunu makroiqtisadi sabitlik baxımından müsbət göstərici kimi qiymətləndirir.

Neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti illik müqayisədə 23,6% artaraq 9 milyard 59,1 milyon dollara yüksəlib. Digər sektorlar üzrə kəsir isə 13,7% azalaraq 4 milyard 321,4 milyon dollar təşkil edib.

Xarici ticarət profisiti 48%-ə yaxın artıb

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 22,4 milyard dollar olub. Xarici ticarət balansında 6 milyard 155,3 milyon dollarlıq profisit yaranıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 47,9% çoxdur.

Ümumi ixrac 16,9% artaraq 14 milyard 289,3 milyon dollara, idxal isə 0,9% artaraq 8 milyard 134 milyon dollara çatıb.

Neft-qaz sektoru üzrə ixrac 16,7% artaraq 12 milyard 296,6 milyon dollar olub. Bunun 7,6 milyard dolları xam neftin, 4,2 milyard dolları təbii qazın, 0,5 milyard dolları isə neft emalı məhsullarının payına düşüb.

Qeyri-neft-qaz ixracı isə 18% artaraq təxminən 2 milyard dollara çatıb.

Nəqliyyat xidmətlərindən 941 milyon dollarlıq profisit

İlk 6 ayda Azərbaycanla xarici ölkələr arasında xidmətlər üzrə əməliyyatların ümumi həcmi 9,2 milyard dollar olub. Xidmətlər balansında 1 milyard dollardan çox kəsir qeydə alınsa da, bu göstərici illik müqayisədə 1,2% azalıb.

Nəqliyyat xidmətləri üzrə vəziyyət isə müsbət olub. Qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 6,6% artıb, idxalı 1,7% azalıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 9,9% artaraq 941,1 milyon dollara çatıb.

Turizm xidmətləri üzrə dövriyyə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Turizm xidmətlərinin ixracı 747,8 milyon dollar, idxalı 700,6 milyon dollar olub və nəticədə 47,2 milyon dollarlıq profisit yaranıb.

Azərbaycana pul baratları 40% artıb

Hesabat dövründə xarici ölkələrdən Azərbaycana göndərilən pul baratlarının həcmi 40,2% artaraq 0,7 milyard dollara çatıb.

Azərbaycandan xaricə köçürülən pul baratları isə 12,7% azalaraq 0,2 milyard dollar olub. Nəticədə pul baratları üzrə müsbət saldo 82,8% artaraq təxminən 0,5 milyard dollara yüksəlib.

Azərbaycan xaricə 5 milyard dollar birbaşa investisiya yatırıb

2026-cı ilin ilk yarısında Azərbaycana birbaşa xarici investisiya formasında 3,7 milyard dollar sərmayə cəlb olunub. Eyni zamanda, Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi 5 milyard dollar təşkil edib.

Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların 76,1%-i neft-qaz sektorunun payına düşüb.

Qeyri-neft-qaz sektoruna cəlb edilmiş birbaşa xarici investisiyalar isə 19,6% artaraq 0,9 milyard dollara yüksəlib.

Azərbaycanın strateji valyuta aktivləri 85,8 milyard dollara çatıb

Hesabat dövründə tədiyə balansının ehtiyat aktivlərinin reallaşmış hissəsi 1,4 milyard dollar artıb. 2026-cı ilin ilk yarısının sonunda Azərbaycanın strateji valyuta aktivləri 0,7 milyard dollar artaraq 85,8 milyard dollara çatıb.

Azərbaycan tədiyə balansı Azərbaycan Mərkəzi Bankı AMB cari əməliyyatlar balansı tədiyə balansı profisiti Azərbaycan ixracı Azərbaycan idxalı xarici ticarət balansı qeyri-neft ixracı neft-qaz ixracı birbaşa xarici investisiyalar xaricə investisiyalar pul baratları valyuta ehtiyatları strateji valyuta aktivləri nəqliyyat xidmətləri turizm gəlirləri Azərbaycan iqtisadiyyatı
15.09.2026 15:36
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19