Tramp FED-ə qarşı çıxdı: “Faizləri dərhal endirin!”
ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED - ABŞ Mərkəzi Bankı) faiz dərəcələrini artırmaq qərarına reaksiya verərək, faizlərin dərhal aşağı salınmasını tələb edib.
Marja xəbər verir ki, Tramp çərşənbə günü sosial şəbəkədə paylaşdığı açıqlamada ABŞ-da faiz dərəcələrinin “1% və ya daha aşağı səviyyədə olmalı olduğunu” bildirib.
“Amerika Birləşmiş Ştatları üçün faiz dərəcələrini aşağı salın, özü də dərhal!”, – Tramp qeyd edib.
ABŞ Prezidenti yüksək faiz dərəcələrinin ölkəni digər dünya iqtisadiyyatları ilə müqayisədə rəqabət baxımından əlverişsiz vəziyyətə saldığını iddia edib. Tramp bunu ABŞ-ın xarici ticarət kəsiri ilə də əlaqələndirərək bildirib:
“Dünyanın demək olar ki, hər bir ölkəsini biz "belimizdə daşıyırıq" və bu, artıq belə davam edə bilməz.”
FED çərşənbə günü uçot dərəcəsini 25 baza bəndi artıraraq 3,75–4,00% diapazonuna yüksəldib. Bu, ABŞ Mərkəzi Bankının 2023-cü ildən bəri ilk faiz artımı olub. Fed rəsmiləri inflyasiyanın yüksək olaraq qalmasını qərarın əsas səbəblərindən biri kimi göstəriblər.
Avqust ayında ABŞ-da inflyasiyanın yüksək qalması, enerji qiymətlərindəki artım və qlobal geosiyasi risklər Fed-in pul siyasəti ilə bağlı mövqeyinin sərtləşməsinə təsir edən amillər sırasında göstərilir. FED sədri Kevin Warsh da inflyasiyanın hələ də yüksək və davamlı olduğunu bildirib.
Tramp bundan əvvəl Fed-in keçmiş sədri Jerome Powell-i faiz dərəcələrinin azaldılması istiqamətində daha aqressiv addımlar atmamaqda dəfələrlə tənqid etmişdi.
ABŞ Prezidenti həmçinin Fed-in İdarə Heyətinin üzvü Lisa Cook-u vəzifədən uzaqlaşdırmağa çalışmışdı. Hüquqi mübahisə Ali Məhkəməyə qədər gedib və məhkəmə daha əvvəl Fed rəhbərliyinin müstəqilliyini qoruyan qərar qəbul edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
9 d. əvvəl
“Ziraat Bank Azərbaycan” enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb ®
-
-
15 d. əvvəl
Smartfon, noutbuk və texnikaya böyük endirim - iPhone-lara 500 AZN-dək endirim
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
12 saat əvvəl
FED faiz qərarını açıqladı - 2023-cü ildən bəri ilk dəfə faiz artırdı
- 14 saat əvvəl
-
14 saat əvvəl
Yeni Toyota RAV4 16 800 manat ilkin ödənişlə Toyota Abşeron-da - *0110
-
16 saat əvvəl
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
-
16 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” Hüquq Büro xidmətini satın alır - TENDER ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp FED-ə qarşı çıxdı: “Faizləri dərhal endirin!”
Gələn ilin dövlət büdcəsi ilə bağlı mühüm mərhələ başladı
Ən çox oxunanlar
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI























