970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sabahdan 20 min manatdan yuxarı elektron köçürmələr izlənəcək

20 min manatdan sonra hər elektron köçürmə barədə məlumat veriləcək. Bank köçürmələrinə yeni nəzarət qaydası – hədd 20 min manatdır. Maliyyə institutları üçün yeni öhdəlik – 3 iş günü müddəti.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabahdan 20 min manatdan yuxarı elektron köçürmələr izlənəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməli olduqları elektron köçürmələrlə bağlı yeni qayda qüvvəyə minir.

Maliyyə Monitorinqi Xidmətinin qərarına əsasən, maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatları üzrə bir təqvim ili üçün minimum hədd 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğində müəyyən edilib.

Yeni qaydaya görə, müştərinin bir təqvim ili ərzində elektron köçürmələrinin məbləği 20 min manata çatdıqdan sonra onun hər növbəti elektron köçürməsi barədə məlumat Maliyyə Monitorinqi Xidmətinə təqdim ediləcək. Buraya hesablararası köçürmələr, hesab açmadan həyata keçirilən köçürmələr və digər ödəniş alətləri vasitəsilə aparılan elektron köçürmələr daxildir.

Bununla yanaşı, 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bundan yuxarı nağd əməliyyatlar barədə də məlumat təqdim olunacaq. Bu tələb kassa və terminallar vasitəsilə nağd mədaxil və məxaric əməliyyatlarını, nağd valyuta mübadiləsini və digər nağd əməliyyatları əhatə edir.

Qərara əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhə yaradan əməliyyatlar məbləğindən asılı olmayaraq Maliyyə Monitorinqi Xidmətinə bildirilməlidir.

Həmçinin xarici dövlətlərin siyasi nüfuzlu şəxsləri, onların yaxın qohumları və yaxın münasibətdə olduqları şəxslər tərəfindən həyata keçirilən əməliyyatlar, sanksiya tətbiq edilən şəxslərin aktivləri ilə bağlı əməliyyatlar, eləcə də dini qurumların və qeyri-hökumət təşkilatlarının bank və digər ödəniş hesabları üzrə əməliyyatları məbləğindən asılı olmayaraq hesabatlandırılacaq.

Qaydalara əsasən, aidiyyəti əməliyyatlar barədə məlumat və sənədlər, əsasən, əməliyyat həyata keçirildikdən sonra 3 iş günü ərzində təqdim edilməlidir.

Bundan başqa, öhdəlik daşıyan şəxslər mövcud müştəriləri olan hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatları 31 dekabr 2027-ci ilədək Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidirlər.

Qərar 1 oktyabr 2026-cı ildən qüvvəyə minir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© APA

Maliyyə Monitorinqi Xidməti 20 min manat elektron köçürmə bank köçürməsi nağd əməliyyat maliyyə monitorinqi AML terrorçuluğun maliyyələşdirilməsi siyasi nüfuzlu şəxslər sanksiyalar benefisiar mülkiyyətçi banklar ödəniş təşkilatları 1 oktyabr 2026.
30.09.2026 14:05
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19