970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycandan tranzit daşımalarının həcmi son 5 ilin rekord səviyyəsinə yüksəlib.

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan tranzit daşımalarının həcmi son 5 ilin rekord səviyyəsinə yüksəlib.
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Azərbaycan beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi rolunu genişləndirir. Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də son illərdə reallaşdırılan iri infrastruktur layihələri nəticəsində 2026-cı ilin doqquz ayında tranzit daşımalarının həcmi 12 milyon tonu ötərək son beş ilin rekord səviyyəsinə yüksəlib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz çoxdur. Xüsusilə tranzit yükdaşımaların həcmi Şərq–Qərb istiqamətində 20,2 faiz, Şimal–Cənub istiqaməti üzrə isə 19,0 faiz artıb.

Müsbət dinamika liman əməliyyatlarında da müşahidə olunub. Cari ilin doqquz ayında konteyner aşırmaları ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq 100 min TEU-ya, quru yük aşırmaları isə 71 faiz artaraq 1,73 milyon tona çatıb.

Tranzit daşımalarında müşahidə olunan müsbət dinamika nəqliyyat və logistika infrastrukturunun inkişafı, rəqəmsallaşma, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi və bununla əməliyyat səmərəliliyinin artırılması, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsidir. Bununla yanaşı, qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər də Azərbaycanın tranzit potensialına tələbatın artmasına təsir göstərib. Bu istiqamətdə həyata keçirilən tədbirlər, eyni zamanda Orta Dəhliz üzrə yükdaşımaların sürətlənməsinə və marşrutun rəqabət qabiliyyətinin yüksəlməsinə töhfə verib.

Nəqliyyat infrastrukturunun inkişafı

Məlumatda qeyd edilib ki. son illər ərzində Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üzrə tranzit imkanlarının və rəqabət qabiliyyətinin artırılması məqsədilə dəmir yolu, avtomobil, dəniz və hava nəqliyyatı infrastrukturlarının inkişafı istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib.

Bu çərçivədə Orta Dəhlizin mühüm tərkib hissəsi olan Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi həyata keçirilib və illik yükötürmə qabiliyyəti 5 milyon tona çatdırılıb.

Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayan Bakı Beynəlxalq Dəniz Limanının infrastrukturu da genişləndirilib. Son illərdə limanın illik konteyner aşırma gücü 100 min TEU-dan 160 min TEU-ya çatdırılıb. Əməliyyatların koordinasiyasının təkmilləşdirilməsi nəticəsində gəmilərin emal müddəti təxminən 20 saatdan 4–5 saata endirilib.

Hazırda limanın illik yükaşırma gücü 15 milyon ton təşkil edir. Davam edən genişləndirmə layihəsi çərçivəsində bu göstəricinin 25 milyon tona, konteyner aşırma gücünün isə 500 min TEU-ya çatdırılması nəzərdə tutulur.

Ələt nəqliyyat-logistika qovşağının inkişafı çərçivəsində həyata keçirilən digər mühüm layihə yük aeroportunun tikintisidir. Yeni aeroport dəniz, dəmir yolu, avtomobil və hava nəqliyyatının imkanlarını birləşdirən multimodal logistika kompleksinin tərkib hissəsi kimi yüklərin emalının səmərəliliyinin artırılmasına və Orta Dəhlizin potensialının genişləndirilməsinə xidmət edəcək.

Xəzər dənizində artan yükdaşımaların qarşılanması məqsədilə dəniz donanmasının genişləndirilməsi istiqamətində də mühüm layihələr həyata keçirilir. Bakı Gəmiqayırma Zavodunda ilk beynəlxalq kommersiya sifarişi əsasında dörd yük gəmisinin inşası davam etdirilir. Bundan əlavə, 2025-ci il sentyabrın 16-da “Bakı Gəmiqayırma Zavodu” MMC ilə “AD Ports Group” şirkəti arasında hər biri 780 TEU tutumlu iki konteynerdaşıyan gəminin tikintisinə dair müqavilə imzalanıb.

Eyni zamanda iritutumlu bərələrin inşası, “Ro-Ro” daşımalarının genişləndirilməsi, özəl sektorla birgə təşəbbüslər və donanmanın mərhələli yenilənməsi Xəzər keçidinin ötürücülük qabiliyyətinin artırılmasına və Orta Dəhliz üzrə daşımaların dayanıqlığının gücləndirilməsinə yönəlib.

Zəngəzur dəhlizinin inkişafı və yeni nəqliyyat bağlantılarının yaradılması

Vurğulanıb ki, Azərbaycanın tranzit potensialının genişləndirilməsi və beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsi baxımından Zəngəzur dəhlizinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə Horadiz–Ağbənd avtomobil yolunun tikintisi başa çatdırılıb, dəmir yolu xəttinin tikintisi davam etdirilir. Eyni zamanda Naxçıvanın dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində işlər aparılır. Zəngəzur dəhlizinin inkişafı illik əlavə 15 milyon tona qədər yükdaşıma potensialı yaradaraq regional nəqliyyat əlaqələrini gücləndirəcək.

Sərhəd-keçid imkanlarının təkmilləşdirilməsi

Tranzit daşımalarının səmərəliliyinin artırılması məqsədilə sərhəd-keçid infrastrukturu modernləşdirilir, gömrük prosedurları sadələşdirilir və dövlət qurumları arasında məlumat mübadiləsi təkmilləşdirilir.

Ölkə ərazisində avtomobil nəqliyyatı vasitələrinin keçidi mümkün olan 12 aktiv sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir ki, onların bir istiqamət üzrə ümumi sutkalıq buraxılış qabiliyyəti 4,350 nəqliyyat vasitəsi təşkil edir.

Son illərdə Azərbaycan–Rusiya sərhədində “Xanoba”, Azərbaycan–İran sərhədində isə “Astara” modul tipli sərhəd-buraxılış məntəqələri istifadəyə verilib.

Bu tədbirlər sərhədlərdə nəqliyyat axınlarının daha səmərəli idarə olunmasına və beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

Nəqliyyatda rəqəmsal transformasiya

Tranzit daşımalarının səmərəliliyinin artırılmasında mühüm istiqamətlərdən biri nəqliyyat və logistika proseslərinin rəqəmsallaşdırılmasıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılan “Bir Pəncərə” İnformasiya Sistemi – Rəqəmsal Logistika Platforması bu istiqamətdə atılan mühüm addımlardandır. Platforma sənəd dövriyyəsini sürətləndirir, prosedurları sadələşdirir və biznes üçün daha çevik logistika ekosistemi formalaşdırır. Növbəti mərhələdə platformanın Orta Dəhliz üzrə tərəfdaş ölkələrin analoji sistemləri ilə inteqrasiyası nəzərdə tutulur ki, bu da marşrut boyunca səmərəliliyi daha da artıracaq.

Paralel olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq tərəfdaşlarla birlikdə “e-CMR”, “e-Permit” və “e-CIM/SMGS” elektron qaimə sistemi kimi müasir rəqəmsal nəqliyyat alətlərinin mərhələli tətbiqi istiqamətində iş aparır. Bu alətlərin tətbiqi beynəlxalq daşımalarda kağızsız texnologiyaların istifadəsini genişləndirəcək və beynəlxalq nəqliyyat dəhlizləri iştirakçıları arasında nəqliyyat məlumatlarının daha səmərəli mübadiləsini təmin edəcək.

Hüquqi-institusional çərçivənin təkmilləşdirilməsi

Birgə infrastruktur layihələrinin əlaqələndirilməsi, nəqliyyat əlaqələrinin inkişafı və daşımaların səmərəliliyinin artırılmasına yönələn bir sıra ikitərəfli və çoxtərəfli yol xəritələri, sazişlər və qarşılıqlı anlaşma memorandumları imzalanıb.

15 oktyabr 2026-cı il tarixində Azərbaycan və Qazaxıstan arasında Orta Dəhlizin inkişafı üzrə əməkdaşlıq haqqında Saziş imzalanıb. Sənəd Orta Dəhlizin gələcək inkişafı və institusional möhkəmləndirilməsi istiqamətində mühüm addım olmaqla, digər iştirakçı ölkələrin də bu əməkdaşlıq çərçivəsinə qoşulması üçün zəmin yaradır. Hazırda digər ölkələrin də Sazişə qoşulması istiqamətində işlər aparılır.

Tranzit potensialının dayanıqlı inkişafa töhfəsi

Tranzit yükdaşımalarında müşahidə olunan artım yalnız nəqliyyat sektorunun inkişafına deyil, həm də qeyri-neft iqtisadiyyatında əlavə dəyərin yaradılmasına və iqtisadi fəallığın genişlənməsinə töhfə verir. Azərbaycanın tranzit potensialının güclənməsi ölkənin qlobal təchizat zəncirlərində mövqeyini möhkəmləndirir, investisiya cəlbediciliyini artırır və regional iqtisadi inteqrasiyanı təşviq edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycanın tranzit və logistika qovşağından regional iqtisadi qovşağa çevrilməsi, qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi və uzunmüddətli dayanıqlı iqtisadi inkişafı üçün mühüm imkanlar yaradır.

20.10.2026 12:45
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19