Avstraliya ABŞ-dan şikayət etməyəcək
Avstraliya polad və alüminium ixracına tətbiq edilən rüsumlarla əlaqədar ABŞ-dan Dünya Ticarət Təşkilatına (DTT) mümkün şikayətlərə qoşulmayacaq.
Bu barədə Baş nazir Malkolm Ternbull jurnalistlərə müsahibəsində bildirib. Baş nazir mövqeyini onunla izah edib ki, ABŞ administrasiyası Avstraliyanı rüsumların tələb edilməyəcəyi ölkələrin “ağ siyahısına” daxil etmək niyyətindədir.
Baş nazir deyib: “KİV-lərdə yayılan ehtimallardan mənə məlumdur ki, DTT üzvü olan bir sıra ölkələr ABŞ-ın yeni tarifləri ilə bağlı müəyyən addımlar atmağı düşünürlər. Lakin bu məsələdə ölkəmizə edilən güzəştə görə, bizim şikayət üçün heç bir əsasımız yoxdur”.
Avstraliyanın Baş naziri Vaşinqtonun Kanberraya bu güzəşti iki ölkə arasında təhlükəsizlik sahəsində mövcud razılaşmanın bəzi müddəalarını dəyişmək müqabilində etmək qərarına gəldiyi barədə şayiələri də rədd edib. M.Ternbull qeyd edib ki, mövcud təhlükəsizlik razılaşmasının dəyişdirilməsi və ya ona əlavələr barədə ABŞ tərəfdən heç bir sorğu daxil olmayıb.
Xatırladaq ki, ABŞ Prezidenti martın 8-də poladəritmə və alüminium sənayesi məhsullarının ixracına 15 gün sonra gömrük rüsumlarının tətbiqi barədə sərəncam imzalayıb. Rüsumların miqdarı polad üçün 25 faiz, alüminium üçün isə 10 faiz müəyyən edilib. Eyni zamanda, o, bir sıra ölkələrin, o cümlədən Kanada, Meksika və Avstraliyanın gömrük yığımlarından azad ediləcəyini də bildirib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
14 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
14 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
14 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi












.webp)









