“Gürcü şərabı olmadan da keçinə bilərik” - RUSİYA GÜRCÜSTANA YENİ SANKSİYALAR TƏTBİQ EDƏ BİLƏR
Rusiya Dövlət Duması hökumətə Gürcüstana qarşı sanksiyaların tətbiq edilməsinin məqsədəuyğunluğuna baxılması və müvafiq təklifin prezidentə təqdim edilməsini tövsiyə edib.
Məlumata görə, Dumanın bununla bağlı qəbul etdiyi bəyanatda Gürcüstana tətbiq ediləcək iqtisadi sanksiyaların şərab və qazlı suların idxalına, maliyyə və xarici iqtisadiyyat əməliyyatlarına, turizm fəaliyyətinə və gömrük rüsumlarına aid ola biləcəyi bildirilib.
Qeyd olunub ki, buna səbəb Gürcüstanda ard-arası kəsilməyən antirusiya təxribatlarıdır.
“Radikal gürcü qüvvələrin açıq hücumları ikitərəfli münasibətlərimizin gələcəyini deqradasiyaya aparır. İqtisadi məhdudlaşdırmalar müvəqqəti xarakter daşıyacaq və Rusiyanın maraqlarının müdafiəsinə, ölkənin təhlükəsizliyinin təminatına istiqamətlənən digər tədbirlərdən asılı olmayaraq tətbiq olunacaq”, - bəyanatda vurğulanıb.
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin sözlərinə görə, Rusiyaya hörmətli münasibət naminə şərabdan vaz keçmək olar: “Gürcü şərabını dadmaq imkanım olanda, imtina etmirəm. Lakin, mən, mənim yaxınlarım gürcü şərabı və suları olmadan da keçinə bilərik. Bizim möhtəşəm Rusiya şərablarımız var, sizə tövsiyə edirəm”.
V. Volodin Rusiyanın Gürcüstana pul köçürmələrinin həcminə görə birinci yerdə olduğunu, 2018-ci ildə bu rəqəmin 641 milyon dollar olduğunu vurğulayıb.
Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Etiraz aksiyaları nəticəsində parlamentin sədri İrakli Kobaxidze istefa verib.
Rusiya prezidenti Vladimir Putin aviaşirkətlərə iyulun 8-dən Rusiyadan Gürcüstana daşınmaların qadağan olunması haqqında sərəncam imzalayıb.
Rusiyanın dövlət başçısı, həmçinin hökumətə Gürcüstanda olan ölkə vətəndaşlarının geri qaytarılmasının təmin olunması tapşırığını verib.
Bundan başqa, prezident turoperatorlara uçuşlara qadağa olunan vaxt Rusiyadan Gürcüstana səyahət turları satmamağı məsləhət görüb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
4 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
4 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
5 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
7 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib



























