Dünyanın boş qalmış ən nəhəng otel binasının maraqlı tarixçəsi
1987-ci ildə Şimali Koreyanın paytaxtında piramida şəklində super hündürlüyə malik olan (304 metr) və 3 min otaqlı otelinin təməli qoyuldu. Binada panoramlı mənzərənin göründüyü 5 fırlanan restoran da nəzərdə tutulmuşdu. “The Ryugyong Hotel” adlanan bu nəhəng mehmanxana binasının (Koreya dilində “Söyüdlü paytaxt”) tikintisinin iki ildən sonra istifadəyə verilməsi planlaşdırılırdı. Lakin tikintisi başa çatan otel binası bu günədək boş olaraq qalır.
CNN telekanalının reportajında bildirilir ki, 1992-ci ildə “The Ryugyong Hotel” plana uyğun hündürlüyə çatdırılıb və növbəti 16 ildə boş qalıb. O, paytaxtın mərkəzində tənha və nəhəng raket formalı abidəni xatırladır. Ətrafındakı bütün göydələnlərin cırtdan kimi göründüyü bu binaya xalq arasında “Tale oteli” adı verilib. Onun Pxenyana faydası isə gecə vaxtı rəngli işıqlandırmanın şüşə-metal konstruksiyalı binaya verdiyi gözəllikdir. Otelin tikintisi bir neçə uzun fasilələr ilə davam etdirilib və insanlar arasında onun haçansa istifadəyə veriləcəyi barədə söz-söhbət yaranıb. Bina bu günədək dünyanın boş qalan ən nəhəng otelidir.
“Soyuq müharibə”nin yadigarı
“The Ryugyong Hotel” “Soyuq müharibə” dövründə ABŞ-ın dəstəklədiyi Cənubi Koreya ilə SSRİ-nin himayə etdiyi Şimali Koreya arasında rəqabətin məhsuludur. Onun təməlinin qoyulmasından bir il əvvəl Cənubi Koreya firması Sinqapurda dünyanın ən hündür “Westin Stamford” otelinin tikintisini başa çatdırıb. Bu ölkənin paytaxtı Seul da 1988-ci il Qış Olimpiya Oyunlarına hazırlıq çərçivəsində bir neçə göydələni istifadəyə verib.
Bu uğurlara cavab vermək istəyən Pxenyan isə 1989-cu ildə Olimpiya Oyunlarının sosialist versiyası olan Dünya Gənclər və Tələbələr Festivalını keçirmək ideyasını irəli sürüb. Bu məqsədlə həmin ilədək nəhəng otelin tikilməsi nəzərdə tutulub, lakin onun inşaat işlərini yarışların başlanmasınadək başa çatdırmaq və Cənubi Koreyadan irəli keçmək mümkün olmayıb. Festivalın keçirilməsinə və otelin tikintisinə milyardlarla dollar xərcləyən hökumət bu çərçivədə yeni stadion tikib, Pxenyan aeroportunu modernləşdirib və yollar salıb. Lakin Şimali Koreyaya böyük məbləğdə maliyyə yardımı göstərən Sovet İttifaqının süqutu ərəfəsində Pxenyan da çətin vəziyyətə düşüb. Dərin iqtisadi böhran səbəbindən 1992-ci ildə “The Ryugyong Hotel”in tikintisində tamamlama işləri tamamilə dayandırılıb.
Təbliğat ruporuna çevrilən nəhəng binalar
Sinqapurun məşhur arxitektoru Kelvin Çua Pxenyan urbanizminin xüsusiyyətlərini tədqiq edib. Onun sözlərinə görə, Şimali Koreyanın paytaxtında olan əzəmətli binaların əksəriyyəti ölkə rəhbərlərinin təbliği üçün tikilib. “Bu binalarda texnologiyanın son nailiyyətləri olan inşaat materiallarından istifadə olunmayıb, amma onlar konkret məqsədlər üçün tikilib. Bu yolla siz ecazkar bina tikə bilməzsiniz, Şimali Koreyanın paytaxtında yalnız konusvarı zirvəsi olan binalara üstünlük verilir. Düşünürəm ki, bu memarlıq üslubu Koreya müharibəsinin nəticələri ilə bağlıdır”, - deyə o qeyd edib. Arxitektorun sözlərinə görə, əzəmətli “The Ryugyong Hotel” binası da nəhəng raketi xatırladır və bu cür layihələr kommunist ölkələrinin çoxuna xas olub. O əlavə edib ki, otel binası əslində dağ formasında tikilməli idi, çünki yüksək zirvəsi olan dağ bu ölkənin rəmzidir. Lakin son nəticədə konusvarı və piramidaya bənzər bina alındı.
Otel binasının ikinci “həyatı”
2012-ci ildə Almaniyanın lüks otellər qrupu “Kempinski” gözlənilmədən bəyan edib ki, “The Ryugyong Hotel”i rekonstruksiya edərək bir il sonra istifadəyə vermək istəyir. Lakin bir neçə ay sonra alman şirkəti Şimali Koreyada bazara girməyin imkansız olması səbəbindən planından vaz keçib. Digər tərəfdən, bəzi dairələr otel binasının tikintisində keyfiyyətsiz inşaat materiallarından istifadə olunması barədə şayiələr də yayıblar. Bu şayiələr Pxenyanda 23 mərtəbəli yaşayış binasının çökməsindən sonra daha da inanılır hala gəlib.
Amma 2018-ci ildə “The Ryugyong Hotel” ikinci həyatını yaşamaq şansı ilə üzləşib. Onun fasadında quraşdırılan rəngli işıq sistemi Pxenyanın mərkəzinə xüsusi gözəllik verib. Binanın zirvəsində isə Şimali Koreyanın dövlət bayrağının təsviri var.
İndi bütün paytaxt əhalisi və Uzaq Şərqin arxitektorlarını bir sual maraqlandırır: “The Ryugyong Hotel”i haçansa istifadəyə vermək mümkün olacaqmı? İnşaat ekspertləri hesab edirlər ki, bu, çox çətindir, amma mümkündür.
“The Ryugyong Hotel” Koreya yarımadasında yeganə nəhəng otel binası deyil: 2017-ci ildə istifadəyə verilmiş Seuldakı “The Lotte World Tower” otelinin hündürlüyü 240 metrdir.
© Azərtac
Müştərilərin xəbərləri
Daha bir dövlət qurumunun göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu "MSolution" vasitəsilə həyata keçiriləcək ®
ABB-dən texnoloji güc nümayişi – yeni AI serverini işə saldı - Həssas məlumatlar artıq ölkə daxilində emal ediləcək
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
3 d. əvvəl
Özbək turistlər Azərbaycana axışır - 2026-cıda artıq 44 min özbəkistanlı Azərbaycana gəlib
-
8 d. əvvəl
Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur
- 15 d. əvvəl
-
1 saat əvvəl
“GL” ASC 15%-lik istiqrazlarla 1 milyon manat cəlb etdi – Buraxılış tam satıldı
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanla milyardlıq iqtisadi əməkdaşlığa doğru gedir
-
1 saat əvvəl
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi
-
2 saat əvvəl
“Via Nova Group”un xalis mənfəəti 3 dəfə, işçi sayı 160 nəfər azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Pulunuzun doğru “iş yeri” haradır? - MÜSAHİBƏ
Azərbaycan Özbəkistanla milyardlıq iqtisadi əməkdaşlığa doğru gedir
Ən çox oxunanlar
“Via Nova Group”un xalis mənfəəti 3 dəfə, işçi sayı 160 nəfər azalıb
Azərbaycanda daha 8 dağ marşrutu açılacaq
Daha bir dövlət qurumunun göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu "MSolution" vasitəsilə həyata keçiriləcək ®






















