Neftin qiyməti niyə cari ilin rekord səviyyəsinə çatdı?
Səudiyyə Ərəbistanındakı neft emalı zavodlarına silahlı pilotsuz uçan aparatlarla təşkil edilən hücumlardan sonra birjalarda neftin qiyməti rekord həddə çatıb.
Geosiyasi risklərə dair narahatlıqların artması fonunda “Brent” markalı xam neftin qiyməti 10 faiz, “Light” neftinin qiyməti isə 9 faiz artıb. Ötən gün “Brent”in bir barrelinin qiyməti 12 dollar artaraq 71 dollara yüksəlməklə rekord səviyyəyə çatıb. Bu son üç ildə ən böyük qısamüddətli artımdır.
Hücunlardan sonra qlobal neft hasilatı 5 faiz azalıb
Abqaiqdəki dünyanın ən böyük neft emalı zavoduna və krallığın ikinci ən böyük neft yatağına hücumlarından sonra ölkədə neft hasilatı gündəlik 5,7 milyon barrel geriləyib. Bu, qlobal neft hasilatının 5%-nə bərabərdir. Bu, neft bazarları üçün ən böyük istehsal itkisidir. Belə ki, həmin göstərici Səddam Hüseynin Küveytə hücumu zamanı İraq və Küveytdəki istehsal itkilərini ötüb.
Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, bu itki 1979-cu ildə İslam İnqilabı zamanı İranın istehsalında qeydə alınan geriləməni də üstələyir.
“Saudi Aramco”: İstehsalın yenidən bərpası bir neçə həftə çəkəcək
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” neft istehsalının üçdəbirini bazar ertəsində yenidən bərpa etməyi nəzərdə tutur.
Şirkətin baş icraçı direktoru Amin Nasser istehsalın yenidən bərpası üçün işlərin davam etdiyini deyib. O, hasilatın tam bərpasının isə bir neçə həftə çəkəyini bildirib.
Ekspertlərə görə, bu itkilər qlobal neft tədarükünün 5 faizi deməkdir və bu, bazara təsirsiz ötüşmür.
ABŞ hücumu İranın təşkil etdiyini iddia edir
Yəməndə İranın dəstəklədiyi Husi üsyançıları hücumu öz üzərinə götürüb. Lakin ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo hücumu İranın təşkil etdiyini iddia edirlər.
Həmçinin D.Tramp ehtiyac duyulacağı təqdirdə ölkənin strateji neft ehtiyatlarından istifadəyə icazə verdiyini də açıqlayıb.
Neftin qiymətindəki kəskin artım maliyyə bazarlarına da təsirsiz ötüşməyib
Qızıl, yuan və ABŞ-ın Xəzinədarlıq istiqrazları kimi etibarlı aktivlər hücumlardan qaynaqlanan geosiyasi narahatlıqlar fonunda artan tələbatla bağlı güclü şəkildə yüksəlib. Norveç kronu və Kanada dolları da daxil olmaqla bəzi valyutaların qiyməti artıb. ABŞ-da təbii qaz fyuçers müqavilələri isə təxminən 13 çoxalıb. Qızıln qiymətində də artım qeydə alınıb.
Qeyd edək ki, hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 66,57 dollara, “Light”ın bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 60,01 dollara satılır.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Azərtac
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 55 d. əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
6 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi

























