EIA: OPEC neft hasilatını 0,5 milyon barel azaldacaq
Bu ilin mart-may aylarında OPEC ölkələri gündlək orta neft hasilatını 0,5 mln. barel azaldacağı proqnozlaşdırılır.
Bu, ABŞ Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) aylıq hesabatında bildirilir.
Hesabata əsasən, OPEC tərəfindən hasilatın azaldılması 2020-ci ilin əvvəlində neftə olan tələbatın azalması ilə əlaqələndirilir.
OPEC-in 2020-ci ildə gündəlik neft hasilatının orta hesabla 28,9 mln. olacağı proqnozlaşdırır ki, bu da yanvar proqnozundan 0,3 mln. barel azdır. OPEC üzrə hasilatının azalması Liviyada neftin istehsalı ilə bağlı fasilələrin davam etməsi ilə bağlıdır, hesabatda qeyd edilir.
Xatırladaq ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə OPEC+ təşəbbüsü üzrə gündəlik neft hasilatının əlavə olaraq 500 min barel azaldılması barədə qərar qəbul edilib. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 7 min barel artırılaraq 27 min barel müəyyən edilib. 2020-ci ilin birinci rübünün sonunadək Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalıdır.
Onu da əlavə etmək lazımdır ki, OPEC+ Texniki Komitəsi neft hasilatının azaldılması üzrə mövcud kvotanın 2020-ci ilin sonuna qədər uzadılmasını nəzərdən keçirməyi tövsiyə edib. Komitə ötən həftə Vyanada keçirilən iclasda alyans ölkələrinə koronavirusun neft bazarına təsirini dayandırmaq məqsədilə gündəlik hasilatı daha 600 min barel azaltmağı da tövsiyə edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
28 d. əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
-
- 30 d. əvvəl
- 32 d. əvvəl
- 33 d. əvvəl
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 38 d. əvvəl
- 39 d. əvvəl
- 40 d. əvvəl
-
48 d. əvvəl
Maşın almaq istəyənlərə Xalq Bankdan sərfəli kredit – Şərtlər açıqlandı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün ®

























