“Fitch” Azərbaycanın tədiyə balansının profisitinin mühüm dərəcədə möhkəmlənməsini proqnozlaşdırmır
“Fitch Ratings” beynəlaxlq reytinq agentliyi MDB və Qara dəniz regionunda xammal ixrac edən ölkələrin tədiyə balansının profisitinin mühüm dərəcədə möhkəmlənməsini gözləmir.
“Xammalın qiyməti ilə bağlı təmkinli gözləntilərimiz xammal ixracatçıları üçün balansların mühüm dərəcədə möhkəmlənməsini nəzərdə tutmur. Beləliklə, Qazaxıstan, Azərbaycan və Özbəkistan barəsində diqqətimizi həyata keçirdikləri siyasətin proqnozlaşdırılması və səmərəliliyini artıra bilmək iqtidarında olub və ya olmadıqlarına yönəldəcəyik”, - “Fitch”in MDB və Qara dəniz regionu ölkələrinin suveren reytinqlərinin dinamikası ilə əlaqədar hesabatında deyilir.
Hesabata görə, devalvasiyanın təsiri, kontrsiklik fiskal siyasət, xammaldan gəlirlər planında şoklar və bank sektoruna dəstək azalıb, bu fonda regionda əksər suveren emitentlər ilkin profisitləri təmin ediblər və borcu azaldırlar.
“Büdcə qaydalarının yenilənməsi baş verib. Lakin, valyuta riski zəifliyin əsas amillərindən biri olaraq qalır. Özbəkistan, Belarus və Azərbaycanın dövlət borcunun 90%-dən çoxu xarici valyutadadır, Ermənistan və Gürcüstan üçün isə bu rəqəm 80%-ə yaxındır. Valyuta riskinin azalması milli valyutada daxili kapital bazarlarının inkişafından asılıdır, bu da dedollarlaşmaya dəstək olardı. Regionda əksər ölkələr agentlik tərəfindən tətbiq olunan “b” bank sistemi İndikatoruna malikdirilər, bu da “yüksək səviyyəli spekulyativ fundamental krdeit keyfiyyətini” əks etdirir. Qeyri-işlək kreditlərin səviyyəsi yüksəkdir və rəsmi məlumatlarda bir çox halda tam mənada əks olunmur”, - “Fitch Ratings”in hesabatında qeyd edilir.
Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar ayında “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin yerli və xarici valyutada uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiq edib, proqnoz “sabit”dir. Yerli və xarici valyutada qısamüddətli defolt reytinqi “B”, yerli və xarici valyutada təmin edilməmiş böyük borcun emitent reytinqi "BB+", ölkə reytinqi və yerli valyutada təmin edilməmiş qısamüddətli böyük istiqrazlar üzrə emitent reytinqi "BB+" səviyyəsində təsdiq edilib.
2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 4 mlrd. 3 mln. dollar təşkil edib.
Azərbaycan hökuməti 2020-ci il üçün tədiyə balansının cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu 2,5 mlrd. dollar ə ya ÜDM-nin 5,2%-dək yaxşılaşdırıb.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 d. əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
-
19 d. əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
1 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Ən çox oxunanlar
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün ®























