"Kredit aktivliyi nisbətən yüksəlib, banklarda iri həcmli likvidlik profisiti qalır"
2019-cu ildə keçirilən depozit hərraclarında tələb təklifi 3.6 dəfə, not hərraclarında isə 3.2 dəfə üstələmişdir. Bu göstəricilər bank sistemində izafi likvidliyin yüksək olaraq qaldığını göstərir.
Marja xəbər verir ki, bu, Mərkəzi Bankın Pul Siyasəti İcmalında bildirilir.
İcmalda qeyd edilib ki, bu şəraitdə 2019-cu ildə depozit əməliyyatları və notların yerləşdirilməsi üzrə faiz dərəcələri faiz dəhlizinin aşağı həddinə yaxın səviyyədə formalaşmışdır.
“2019-cu ildə iqtisadiyyatın pula tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli bazar əməliyyatlarını aktiv saxlamışdır. İl ərzində kredit aktivliyinin nisbətən yüksəlməsinə baxmayaraq bank sistemində iri həcmli likvidlik profisiti qalmaqda davam etmişdir. Bu da Mərkəzi Bankın həyata keçirdiyi sterilizasiya əməliyyatlarına yüksək tələbi şərtləndirmişdir”,- İcmalda bildirilir.
2019-cu ildə Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 53 depozit hərracı keçirmişdir. Depozit əməliyatları vasitəsilə vəsaitlər 14 gün müddətinə cəlb edilmişdir. İlin sonuna depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlərin qalığı 250 milyon manat təşkil etmişdir.
Depozit əməliyyatları ilə yanaşı, Mərkəzi bank 2019-cu ildə notların yerləşdirilməsi üzrə 55 hərrac keçirmişdir. Bunlardan 51-də 28 günlük notlar yerləşdirilmişdir. Mərkəzi Bank 2019-cu ilin sentyabr ayından etibarən izafi likvidliyin sterilizasiya imkanlarının artırılması və gəlirlilik əyrisinin qısamüddətli dövrünü əhatə edən hissəsində faizlərin formalaşmasını dəstəkləmək məqsədilə dövriyyəyə daha uzunmüddətli (84 gün, 168 gün, 252 gün) notların buraxılmasına başlamışdır. 2019- cu ildə 4 uzunmüddətli not hərracı keçirilmişdir ki, bununla da 120 mln. manat cəlb edilmişdir. Ümumilikdə ilin sonuna qısamüddətli notlar vasitəsilə sterilizasiyanın toplam qalığı 700 milyon manat təşkil etmişdir.
Mərkəzi Bankın İdarə Heyəti 2019-cu ildə faiz dəhlizinin parametrlərini 8 dəfə müzakirə etmişdir. Uçot dərəcəsinin mərhələlərlə 9.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 11.75%-dən 9.25%-ə, aşağı həddinin isə 7.75%-dən 5.75%-ə endirilməsi barədə qərarlar qəbul edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
22 saat sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
20 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
14 d. əvvəl
Mənzillər və torpaq bahalaşıb, kirayə qiymətləri düşüb – Yeni rəqəmlər açıqlandı
- 16 d. əvvəl
-
43 d. əvvəl
İdman komandalarının beynəlxalq yarışlarda iştirakına ayrılan vəsait artırılır
-
44 d. əvvəl
AZAL-ın zərərinin qarşılanmasına büdcədən daha çox pul ayrılacaq - Dotasiya 20 %-ə yaxın artırılır
-
47 d. əvvəl
İşsizlikdən sığorta fondunun gəlirləri xərclərini qarşılamayacaq
-
50 d. əvvəl
DSMF-nin xərcləri gəlirlərini 52 milyon manat üstələyəcək - Ehtiyatlardan da istifadə ediləcək
-
56 d. əvvəl
2027-ci ildə xarici kreditlər hesabına layihələrə 700 milyon manat ayrılacaq
-
1 saat əvvəl
Teatr və konsert müəssisələrinin maliyyələşdirilməsinə milyonlarla manat xərclənəcək
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
İşsizlikdən sığorta fondunun gəlirləri xərclərini qarşılamayacaq
DSMF-nin xərcləri gəlirlərini 52 milyon manat üstələyəcək - Ehtiyatlardan da istifadə ediləcək
Ən çox oxunanlar
Teatr və konsert müəssisələrinin maliyyələşdirilməsinə milyonlarla manat xərclənəcək
Dövət bu zavodun yenidən qurulmasına 434 milyon manat ayıracaq
ABŞ-da seçkilərin ilk nəticələri qızılı bahalaşdırdı – Qiyməti yenidən 4000 dolları keçdi
Dünyanın əyləncə nəhəngi minlərlə işçisini ixtisar edəcək – Xərclər 20%-dək azaldılacaq
Dövlət büdcəsində xüsusi müdafiə təyinatlı layihələrə ayrılacaq böyük məbləğ açıqlandı



























