Azərbaycan əhalisi nağd rubl alışını azaldıb
Bu ilin oktyabr ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd Rusiya rublu kütləsinin həcmi 163,137 mln. rubl təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə 14,2%, illik müqayisədə isə 50,9% azdır.
Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında aparılmış hesablamalara görə, banklar tərəfindən əhaliyə satılan nağd rubl kütləsinin həcmi yanvar-oktyabr ayları ərzində 2,355 mlrd. rubl olub. Bu isə öz növbəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,4% azalma deməkdir.
Bundan başqa, oktyabr ayında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 1,253 mlrd. rubl təşkil edib ki, bu da aylıq müqayisədə 6,1%, illik müqayisədə isə 2,7% azdır.
Hesabata əsasən, bu ilin yanvar-oktyabr aylarında əhalinin satdığı nağd rubl kütləsinin həcmi 11,408 mlrd. rubl olub. Bu isə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6% azdır.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 16 d. sonra
- 15 d. əvvəl
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Ən çox oxunanlar
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb





















