Moderna: "Peyvəndimiz qalıcı immunitet təmin edir"
ABŞ-ın bio-texnologiya şirkəti Moderna, hazırladıqları peyvəndə dair son məlumatların qalıcı immunitet potensialı təqdim etdiyini açıqlayıb.
Marja xəbər verir ki, Moderna, peyvənd işinə dair son məlumatların ilk doza tətbiq olunduqdan 119 gün, ikinci doza tətbiq olunduqdan 90 gün sonra bütün yaş qruplarında qalıcı immunitet potensialı təqdim etdiyini bildirib.
Şirkətin internet saytında yer alan açıqlamada, Moderna-nın Tibb Direktoru Tal Zaks, "Faza-1 məlumatları koronavirus peyvəndimizin bütün yaş qruplarında qalıcı immunitet təmin edə biləcəyini göstərdi" ifadələrini istifadə edib.
Qeyd edək ki, bundan əvvəl Moderna-nın peyvəninin koronavirusa qarşı 94,5% təsirli olduğu açıqlanmışdı.
Şirkət il sonuna qədər ABŞ-a 20 milyon doza, 2021-in ilk rübündə isə qlobal olaraq 100-125 milyon doza peyvənd təmin etməyi planlaşdırır. Bu peyvəndlərin 85-100 milyon dozası ABŞ üçün nəzərdə tutulub, qalan hissəsi isə digər ölkələrə satılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 d. əvvəl
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
-
5 d. əvvəl
“PAŞA Sığorta” başqa şirkətlərin kapitalına investisiya qoymağa hazırlaşır
-
-
13 d. əvvəl
“Cisco” ilə Azərbaycanda regional mərkəz və akademiya müzakirə edildi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
-
1 saat əvvəl
Azərbaycanda hər 10 minik avtomobilindən 8-nin yaşı 10 ildən yuxarıdır
-
1 saat əvvəl
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan sərfəli payız kredit kampaniyasını təqdim edir! ®
-
3 saat əvvəl
İranda dollar tarixi rekordu yenilədi – 1 dollar 245 min tümənə qalxıb
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
AMD süni intellekt şirkətini 8,2 milyard dollara alır
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası





























