Azərbaycanın xidmətlər balansında 2 milyard dollar kəsir yaranıb
2020-ci ilin 9 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 6 milyard dollar təşkil etmişdir. 2020-ci ilin 9 ayı üzrə Azərbaycan Respublikasının Tədiyyə Balansında bildirilir ki, bunun 4 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2 milyard dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Nəticədə xidmətlər balansında yaranan kəsir 11.4% artaraq 2 milyard dollar olmuşdur.
Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1.8 milyard dollar (38.7% artım) olmuşdur. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 0.2 milyard dollar (2.4 dəfə azalma) olmuşdur.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 35%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2.1 milyard dollar olan nəqliyyat xidmətlərinin 55.1%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədardır.
Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1.2 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 0.9 milyard dollar təşkil etmişdir.
Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ötən ilin müvafiq dövrünə nisbətən 31.7% artmış, idxalı isə 7.9% azalmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə 2019-cu ilin 9 ayında 0.2 milyard dollar olan kəsir 2020-ci ilin 9 ayında 0.2 milyard dollar profisitlə əvəzlənmişdir.
2020-ci ilin 9 ayı üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 4.3 dəfə azalaraq 0.6 milyard dollar təşkil etmişdir. Hesabat dövrü ərzində turizm xidmətləri üzrə idxalın (352.6 milyon dollar) ixracı (286.4 milyon dollar) üstələməsi nəticəsində 66.2 milyon dollar həcmində kəsir yaranmışdır.
Hesabat dövrü ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 74.5%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 71.6% azalmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 352.6 milyon dollar məbləğində olmuşdur. Bunun 87%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.
Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri 26.6% azalaraq 20.6 milyon dollar təşkil etmişdir.
Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 29.1% azalaraq 486.5 milyon dollar olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 26 d. sonra
- 5 d. əvvəl
- 21 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Ən çox oxunanlar
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb






















