Dekabrdakı valyuta hərraclarında Dolların satışı kəskin artıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin dekabr ayı ərzində 637 milyon 740 min ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə Marja-ya Fonddan bildirilib.
Müqayisə üçün qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin noyabr ayı ərzində 495,5 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Beləliklə, noyabr ayı ilə müqayisədə dekabr ayında satışın məbləği 142 milyon 240 min dollar və ya 28,7 % artıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin dekabr ayı ərzində 886 milyon 350 min ABŞ dolları məbləğində vəsait satılmışdı.
Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən yanvar ayı ərzində 300,2 milyon ABŞ dolları, fevral ayı ərzində 543,4 milyon ABŞ dolları, mart ayı ərzində 1 milyard 928,3 milyon ABŞ dolları, aprel ayı ərzində isə 531,1 milyon ABŞ dolları, may ayı ərzində 334 milyon ABŞ dolları, iyun ayı ərzində 373,2 milyon ABŞ dolları, iyul ayı ərzində 515,5 milyon ABŞ dolları, Avqust ayında 478 milyon ABŞ dolları, sentyabr ayında 606,4 milyon ABŞ dolları, Oktyabr ayında 560,3 milyon ABŞ dolları, noyabr ayında 495,5 milyon ABŞ dolları məbləğində valyuta satılmışdır.
Dövlət Neft Fondu 2020-ci ildə cəmi 7 milyard 303,6 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.Bu, 2019-cu illə müqayisədə 10,8% çoxdur.
Valyuta hərraclarında vəsait kommersiya banklarına satılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 47 d. sonra
- 1 saat əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM





















