ABŞ uran zənginləşdirmə əməliyyatını dayandırana qədər İrana sanksiyaları ləğv etməyəcək
ABŞ Prezidenti Joe Biden, uran zənginləşdirmə əməliyyatını dayandırana qədər İrana sanksiyaları ləğv etməyəcəklərini açıqlayıb.
Marja xəbər verir ki, Biden CBS kanalına müsahibəsində, "Əvvəl ABŞ, İranı müzakirə masasına gətirmək üçün sanksiyaları ləğv edəcək?" şəklindəki suala, "Xeyr. Əvvəl onların uranı zənginləşdirməyi dayandırması lazımdır" cavabını verib.
Biden, daha əvvəlki açıqlamalarında müəyyən şərtlərin reallaşması halında İranla nüvə razılaşmasına yenidən dönmək niyyətində olduğunu bildirmişdi.
İran lideri Ayətullah Əli Xamaneyi, ölkəsinin nüvə müqaviləsindən qaynaqlanan öhdəliklərini yerinə yetirməsi üçün əvvəl ABŞ-ın bütün sanksiyaları ləğv etməsi lazım olduğunu bildirmişdir.
İran ilə nüvə müqaviləsi
İran ilə ABŞ, Çin, Fransa, Almaniya, Rusiya və İngiltərə arasında 2015-ci ildə İranın nüvə fəaliyyətlərinin tənzimlənməsini və nəzarətdə saxlanılmasına dair bir müqavilə imzalanmışdı.
Donald Trampun Prezident seçilməsindən sonra, ABŞ, 8 May 2018-də müqavilədən tək tərəfli çıxmış və İrana yenidən sanksiya tətbiq etməyə başlamışdı.
İran da sanksiyalara qarşılıq 5 Yanvar 2020-də müqavilədəki öhdəliklərini tamamilə dayandırmış və yüksək səviyyədə uran zənginləşdirmə əməliyyatı daxil bir sıra addım atmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
-
4 d. əvvəl
Bank tərəfindən akseptsiz tutulma nədir, hansı hallarda tətbiq edilir?
- 31 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
1 saat əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
- 1 saat əvvəl
-
10 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
13 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb - təyyarə, radar və müdafiə sistemləri alınır
BMW-dən böyük ixtisar: rəhbər vəzifələrin 20%-i ləğv edilir
Ən çox oxunanlar
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ




























