Azərbaycanda doğulanların sayı azalıb, ölənlərin sayı çoxalıb - TƏBİİ ARTIM KƏSKİN AŞAĞI DÜŞÜB
Ötən il ərzində ölkə əhalisinin sayı 52 min 25 nəfər və ya 0,5 faiz artaraq 2021-ci il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 119 min 133 nəfərə çatmışdır.
Marja Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
2019-cu ildə Azərbaycanda əhalinin təbi artımı 85 min 263 nəfər təşkil etmişdi. Beləliklə, 2019-cu illə müqayisədə 2020-ci ildə təbii artım 34 min 339 nəfər azalıb.
Doğulanların sayı 2019-cu ildəki 141 min 179 nəfərdən 2020-ci ildə 126 min 571 nəfərə düşüb (14 min 608 nəfər azalıb), ölənlərin sayı isə 2019-cu ildəki 55 min 916 nəfərdən 2020-ci ildə 75 min 647 nəfərə yüksəlib (19 min 731nəfər artıb).
2021-ci ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,7 faizi Bakı şəhərində, 20,4 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 6,8 faizi Yuxarı Qarabağ, 6,2 faizi Şəki-Zaqatala, 5,7 faizi Abşeron, 5,5 faizi QubaXaçmaz, 3,2 faizi Dağlıq Şirvan, 2,6 faizi Kəlbəcər-Laçın iqtisadi rayonlarında yaşamışdır.
Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olmuş və bu göstərici Bakı şəhərində (1075 nəfər), Lənkəran (157 nəfər), Abşeron (155 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olmuşdur.
2020-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 126 min 571 doğulan körpə qeydə alınmış vəəhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil etmişdir. Körpələrdən 3300-ü əkiz, 123-ü üçəm, 4-ü isə dördəm doğulanlardır. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (15,4), Quba-Xaçmaz (14,5), Kəlbəcər-Laçın (14,4), Lənkəran (14,1), Aran (14,0), Yuxarı Qarabağ (13,2) və Şəki-Zaqatala (13,0) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olmuşdur.
Ötən il ölkədə 75 min 647 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,6 təşkil etmişdir. Ölənlərin 2006 nəfəri (2,7 faizi) 0-17 yaşda, 9510 nəfəri (12,6 faizi) 18-49 yaşda, 20653 nəfəri (27,3 faizi) 50-64 yaşda, 43478 nəfəri (57,4 faizi) isə 65 və yuxarı yaşda olmuşdur.
15 MİNƏ YAXIN BOŞANMA
2020-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 35 min 348 nikah və 14 min 628 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 2019-cu ilə nisbətən 45,3 faiz azalaraq onun səviyyəsi 3,5, boşanma səviyyəsi isə 1,5 təşkil etmişdir. Nikah səviyyəsi Kəlbəcər-Laçın (4,1), Aran (3,9), Dağlıq Şirvan (3,8), Yuxarı Qarabağ (3,6) iqtisadi rayonlarında və Bakı şəhərində (3,6), boşanma səviyyəsi isə Bakı şəhərində (1,8), Yuxarı Qarabağ və Kəlbəcər-Laçın (1,7) və Abşeron (1,6) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olmuşdur.
Ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1669 nəfər gələn və Azərbaycandan 568 nəfər gedən qeydə alınmış, ölkə üzrə miqrasiya saldosu müsbət 1101 nəfər təşkil etmişdir.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
10 d. əvvəl
Bayılda Kulinariya, Tuğda Enoturizm Təcrübə Mərkəzi yaradılacaq
- 18 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın nəqliyyat məlumatları “Google Maps” və “Rome2Rio”ya ötürüləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rusiyanın qızıl ehtiyatları son 6,5 ilin ən aşağı səviyyəsinə düşüb
-
9 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
9 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Rəsmi məzənnələr açıqlandı
Turizm obyektləri 5 xarici dildə “danışacaq”
Micron AI "savaşına" 10 milyard dollarla daxil olur
Ən çox oxunanlar
Rusiyanın qızıl ehtiyatları son 6,5 ilin ən aşağı səviyyəsinə düşüb
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır










.jpg)










