Qızılın qiymətində 9 ay sonra bir ilk!
Qızılın unsiyasının qiyməti 9 ay sonra 1700 dollardan da aşağı düşüb. Marja xəbər verir ki, bu həftə qızıl 2%-dən çox ucuzlaşıb.
Marja xəbər verir ki, Fed sədri Cerom Pauelin artan ABŞ istiqraz faizlərinə qarşı kifayət qədər güclü bir mövqe bəyan etməməsi qızılın ucuzlaşmasını sürətləndirib.
ABŞ istiqrazlarının faizlərinin artması qızılın ucuzlaşmasına səbəb olur. 10 illik ABŞ xəzinə istiqrazının faizi 1,57%-ə qalxıb.
Bakı vaxtı ilə saat 09:45-də qızılın unsiyası 1695 dollardan ticarət olunub.
Bir neçə ay öncə qızılın unsiyasının qiyməti 1800 dolları keçmişdi.
Fed sədrinin mesajları bazarı təmin etmədi
Fed sədri Jerome Powell-in, istiqraz faizləri və inflyasiyanın nəzarətdə saxlanılacağına dair bazarlara güclü mesajlar verə bilməməsinin ardından qlobal bazarlarda satışlar sürətlənib.
ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Powell (Cerom Pauel) etdiyi çıxışında, "Hədəflərimizə çatmaqdan hələ də çox uzaqdayıq" deyib.
Marja xəbər verir ki, pul siyasətində dəyişiklik üçün hədəflərə doğru gerçək bir irəliləyişin lazım olduğunu ifadə edən Jerome Powell, "Hədəflərimizə çatmaq sözümüzə güclü şəkildə bağlıyıq. Məşğulluqda artım gözləmək üçün güclü səbəblər var, ancaq 2021-ci ildə tam məşğulluğa nail olunması o qədər də mümkün deyil" şəklində danışıb.
"İqtisadiyyat yığışdıqca inflyasiyanın yüksəlməsini gözləyirəm" deyən Powell, "Fed, inflyasiya hədəfinə çatmaq üçün vasitələrini istifadə edəcək. İnflyasiyada bir artş görülməsi halında səbirli olacağıq. Faiz artırmağa başlamağımız bir qədər zaman tələb edir. Pul siyasətini sərtləşdirmədən əvvəl nəzər alınması lazım olan bir çox mövzu var" deyib.
Powell, istiqraz bazarındakı oynaqlığın diqqətini çəkdiyini ifadə edib və "Fed, qiymətli kağız alışlarını azaldaraq insanları çaşdırmaq istəmir. Bazarlardakı nizamsız şərtlər narahat olmaq üçün bir səbəbdir. Maliyyə şərtlərinin davamlı sərtləşməsindən narahat oluram. Qlobal aşağı inflyasiya mühiti yaxın zamanda dəyişməyəcək" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















