Səudiyyə Ərəbistanı Pakistanda böyük məscid kompleksi tikəcək
Səudiyyə Ərəbistanının Pakistanın paytaxt İslamabaddakı Beynəlxalq İslam Universitetinin kampusunda tikəcəyi Kral Salman bin Əbdüləziz Məscidi iki ölkə arasında son illər inkişaf edən dostluq münasibətlərinin rəmzi olacaq. Bu sözləri Pakistanın Baş naziri İmran Xanın müşaviri Hafiz Tahir Əşrəfi söyləyib.
Bir neçə bölmədən, o cümlədən böyük kitabxana, muzey, vəliəhd-şahzadə Məhəmməd bin Salmanın adını daşıyacaq auditoriya İslam mədəniyyəti və irsinin tədqiqi mərkəzinin yerləşəcəyi məsciddə eyni vaxtda 1200 dindar ibadət edə biləcək. Səudiyyə Ərəbistanı hökuməti tikintiyə ilk olaraq 3,3 milyon dollar vəsait ayırıb və yaxın günlərdə inşaat işlərinə başlanacaq.
Pakistan Beynəlxalq İslam Universitetinin rektoru Məsum Yasinzai bildirib ki, tələbələrə ərəb dili, şəriət qanunları və s. dərsləri keçmək üçün Səudiyyə Ərəbistanından 15 professor göndəriləcək. Bundan başqa, Kral tərəfindən universitetin 250 tələbəsinə təqaüd ayrılacaq.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 3 saat sonra
- 5 saat əvvəl
-
6 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib

























