Bazarlar Fed-in "faiz 2 dəfə artırılacaq" proqnozu ilə çalxalandı
ABŞ Mərkəzi Bankı (Fed) İyun yığıncağında faizini dəyişdirmədi, ancaq 2023-cü ilin sonuna qədər faizin 2 dəfə artırılmasını nəzərdə tutduğu məlum oldu. Marja xəbər verir ki, bu proqnoz riskli aktivlərdə satışlara səbəb olub.
Dow Jones Industrial Average ideksi 0,77%, S&P 500 indeksi 0,54% və NASDAQ Composite indeksi 0,24% dəyər itirib.
Dolların qiymətlərində məlumatdan sonra sürətli artım müşahidə edilib. Bloomberg Dollar İndeksi 0,5% artımla 6 İyundan bu yana ən sürətli artımı qeyd edib. Avro/Dollar məzənnəsi 1.20 səviyyəsindən də aşağı düşərək 1.1981-dək geriləyib.
Məlumatdan sonra qızıl 2%-dən çox ucuzlaşıb və unsiyasının qiyməti 1811 dollar səviyyələrinədək geriləyib.
Asiya Sakit Okean Bölgəsində səhmlər Cümə axşamı günkü əməliyyatlarda sərmayəçilərin ABŞ Mərkəzi Bankı Fed-in 2023-cü ilin sonuna qədər iki faiz artımı nəzərdə tutmasının ardından ucuzlaşıblar.
Yaponiyada Nikkei 225 indeksi 1%-dən çox geriləyib, Topix-də də satışlar hakim olub. Cənubi Koreyanın Kospi İndeksi də düşüb.
Çində Şanxay və Şenzen indeksləri daha məhdud reaksiya verib, Honq Konqda da indeks geriləyib.
Həmçinin oxu
Fed faiz qərarını açıqladıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır























