Türk Lirəsi daha da ucuzlaşdı
Dollar 1,3% bahalaşaraq 8.72 türk lirəsinə yüksəlib.Fed-in dəyişən proqnozları ilə yüksələn dollar/TL məzənnəsi, Türkiyə Mərkəzi Bankının faiz qərarından sonra da yüksəlir. Bu gün Türkiyə Mərkəzi Bankı faizini 19% səviyyəsində saxlasa da, Prezident Rəcəb Tayyib Ərdoğanın təzyiqi ilə iyul və ya avqust ayında faiz endiriminə gedə bilər.
Marja xəbər verir ki, məzənnədə artım 1,3%-i aşıb. Bakı vaxtı ilə saat 19:27-də Dollar/TL məzənnəsi 8.7298 türk lirəsi səviyyəsində olub.
Fed, faizin artırılması daxil, şərtləri gözləniləndən daha erkən sərtləşdirməyə başlaya bilər. Buna dair açıqlamalar Dolların bahalaşmasına səbəb olur. Fed-in yaydığı proqnozlara görə, 2023-cü ilin sonunadək iki dəfə faiz artırılması nəzərdə tutulur. Belə bir təqvim, faizin artırılmasına bazardakı bir çox aktyorun gözlədiyindən daha erkən başlayacağına işarə edir.
Fed sədri Jerome Powell-in çərşənbə günü keçirdiyi mətbuat konfransında, maliyyə bazarlarını və iqtisadiyyatı dəstəkləmək üçün istifadə edilən qiymətli kağız alış proqramı ilə əlaqədar müzakirələrin başlaya biləcəyini söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















