Rusiyadan Azərbaycana pul köçürmələri 1-ci rübdə kəskin azalıb
2021-ci ilin I rübündə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana həyata keçirilən pul köçürmələrinin həcmi 185 milyon ABŞ dolları (314,5 milyon manat) təşkil edib.
Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) məlumatlarına görə, bu, 2020-ci ilin I rübü ilə müqayisədə 38,1% azdır.
Hesabat dövründə bir köçürmənin orta məbləği 273 dollar təşkil edib. Azərbaycana yönələn transfertlərin 81,1%-i Rusiya rezidentləri tərəfindən göndərilib.
Qeyd edək ki, ümumi pul köçürmələrinin 39,8%-i (73,6 milyon dollar) ödəniş sistemləri vasitəsilə həyata keçirilib.
Cari ilin I rübündə Rusiyanın MDB ölkələrinə pul trasnfertləri siyahısında Azərbaycan dördüncüdür, lider isə Özbəkistandır (967 mln. dollar).
Azərbaycandan Rusiyaya pul köçürmələrinə gəldikdə, bu ilin yanvar-mart aylarında ölkədəki fiziki şəxslər tərəfindən Rusiyaya 31 mln. dollar həcmində transfert həyata keçirilib. Bu, illik müqayisədə 11,4% azdır. Ölkədən Rusiyaya yönələn pul baratlarının 80%-i Rusiya rezidentlərinə göndərilib. Bir köçürmələrin orta məbləği 437 dollar təşkil edib. Azərbaycandan Rusiyaya ümumi pul köçürmələrinin 42,6%-i ödəniş sistemləri ilə həyata keçirilib.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















