Rusiya ailələrinin dörddə üçü dolana bilmir
Rusiyada ailələrin təxminən dörddə biri özləri dolana bilir, 75% -i isə maddi çətinliklər içindədir.
Marja xəbər verir ki, bu nəticələr Rusiya Statistika Komitəsi (Rosstat) tərəfindən "Əhalinin Yaşayış Şərtlərinin Hərtərəfli Öyrənilməsi" çərçivəsində Rusiya Federasiyasının bütün bölgələrindəki vətəndaşlarla görüşərək keçirilmiş sorğu ilə əldə edilmişdir.
Məlumatları RBC tərəfindən təhlil edilən sorğuya görə, orta hesabla bir rus ailəsinin ayda ən azı 60,9 min rubla ehtiyacı var - bu, hökumətin adambaşına 11,65 min rubl olaraq təyin etdiyi rəsmi yaşayış minimumundan bir neçə dəfə çoxdur.
Uşaqlı ailələr üçün, şərti olaraq normal bir həyatı yoxsulluqdan ayıran faktiki "xətt" 80.9 min rubldan da yüksəkdir. Ailənin əlil bir uşağı varsa, yaşayış minimumu 88,4 min rubla çatır.
Sorğuda iştirak edən 100 min vətəndaşın 75,7% -i müxtəlif dərəcədə maddi problemlərdən şikayətlənib.
Hər 12-ci ailənin (8,5%-i) həyati vacib dərmanlar almaq üçün imkanı yoxdur; eyni sayda ailələr köhnəldiyi üçün yeni paltar almaq üçün pullarının olmadığını etiraf edib.
Hər altıncı ailə (16,7%) ucuz olduğu mövsüm xaricində meyvə ala bilmir. Sorğuda iştirak edənlərin 49.1%-nin mebelləri yeniləmək, 48.6%-nin tətilə getmək üçün maddi imkanı yoxdur.
"Rosstat"a görə bu göstəricilər, Rusiya vətəndaşlarının həyat səviyyəsində bir yaxşılaşma olduğunu göstərir. Belə ki, ailələrin 2016-cı ildə 84,6%-i, 2018-ci ildə isə 79,5%-i çətinliklə dolanırdı.
Rəsmi olaraq Rusiyada 17,8 milyon yoxsul var - bunlar gəliri hökumətin təyin etdiyi minimumdan aşağı olan insanlardır.
"Rosstat"ın məlumatına görə, orta gəlirin təxminən 33 min rubl və orta əmək haqqının 50 mindən yuxarı olmasına baxmayaraq, əslində Rusiya əhalisinin böyük əksəriyyəti belə pul görmür.
Rusların yalnız 6.4%-inin ayda 75 min rubl gəliri var, 80.1%-i 45 mindən az qazanır. Yarısından çoxu - 53,7%-i ayda 27 min rubldan az, yəni gündə 12 dollar qazanır.
Hər üçdə biri - 34,5% -i 19 min rubla qədər gəlirə sahibdir, yəni 633 rubl və ya gündə 8,4 dollar qazanmaq məcburiyyətində qalır.
Hər beşdə biri -20,4% -i 14 min rubla qədər və ya gündə 6,2 dollar alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
6 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
6 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
7 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi












.webp)









