2026-cı ilədək Dolların qiymətinin 1.70 manatda qalacağının mesajı verildi
Bu gün Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov 2026-cı ilədək 1 ABŞ dollarının 1.70 manat səviyyəsində (rəsmi məzənnə) qala biləcəyinə işarə edib.
Marja.az-ın məlumatına görə, faiz dəhlizinin parametrlərinin ictimaiyyətə açıqlanmasına həsr olunmuş mətbuat konfransında Elman Rüstəmov bildirib ki, 2021-2025-ci illəri əhatə edəcək yeni makroiqtisadi çərçivə formalaşdırılır. Bu çərçivəyə görə, Dollar/Manat məzənnəsinin həmin dövrdə 1.70 manatda saxlanılmasının təmin edilməsi hədəflənir:
“Biznes ictimaiyyəti və əhali üçün deyə bilərəm ki, hal-hazırda ortamüddətli 2021-2025-ci il strategiyası çərçivəsində Maliyyə Nazirliyi, Mərkəzi Bank və Dövlət Neft Fondu tərəfindən birlikdə yeni makroiqtisadi çərçivə formalaşdırılır. Bütünlükdə iqtisadi reallıqlar, post-pandemiya, post - müharibə dövründə iqtisadi artımın daha da bərpa edilməsi, sürətləndirilməsi, cənab Prezident tərəfindən təsdiq edilmiş milli inkişaf proritetlərinin reallaşdırılması üçün olduqca dayanıqlı makroiqtisadi və makro-fiksal çərçivə formalaşdırılır. Ona görə biz 2021-2025-ci illərə makroiqtisadi sabitlik, manatın məzənnəsi, inflyasiyanın idarə olunması, büdcə dayanıqlığı, dövlət büdcəsinin kəsiri, o cümlədən borc baxımından çox nikbin baxırıq. Bu makroiqtisadi çərçivə imkan verəcək ki, ortamüddətli dövrdə ölkədə dayanıqlı makroiqtisadi sabitliyi təmin edək”.
Mərkəzi Bankın sədri qeyd edib ki, hazırda valyuta bazarında təklif tələbi üstələyir və bu prosesin azı 2021-ci ilin sonunadək davam edəcəyi gözlənilir. İlin sonunadək manatın məzənnəsinə mənfi təsir göstərə biləcək heç bir amil və proqnoz yoxdur. Son 4 ayda bankların nağd xarici valyuta alışları satışlarını üstələyib, Mərkəzi Bankda keçirilmiş valyuta hərraclarının 87%-ində təklif tələbi üstələyib. Tələb olmadığından Dövlət Neft Fondu hərraclarda təklif etdiyi xarici valyuta vəsaitini tam sata bilmir:
“Dövlət Neft Fondu tərəfindən dövlət büdcəsinə proqnozlaşdırılan transfertin tam reallaşmaması problemilə üzləşə bilərik”,- Elman Rüstəmov deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















