Maliyyə Nazirliyindən Azərbaycanın BVF-dəkı hesabının artması ilə bağlı açıqlama
Beynəlxalq Valyuta Fondunun (IMF, BVF) Rəhbərlər Şurası cari ilin avqust ayının 2-də Fonda üzv ölkələr arasında əlavə 456,5 mlrd həcmində Xüsusi Borclanma Hüquqlarının (XBH) yerləşdirilməsi barədə qərar qəbul edib.
Maliyyə Nazirliyindən verilən məlumata görə, qərarın qəbul edilməsi dünya ölkələrinin üzləşdiyi COVID-19 böhranı və bir çoxunun maliyyə durumunun kəskin pisləşməsi, ilk növbədə valyuta ehtiyatlarının tükənməsi ilə əlaqədardır.
Xüsusi Borclanma Hüquqları Fondun üzv ölkələri arasında onların Fonddakı kvotalarına, yəni iştirak paylarına mütənasib şəkildə yerləşdirilir.
Azərbaycanın IMF-dəki 0,082 % və ya 391,7 milyon XBH həcmindəki kvotası son qərarın qəbulu nəticəsində 96 %-ə yaxın artırılaraq 767,1 milyon XBH-na çatdırılıb.
Xüsusi Borclanma Hüquqları IMF tərəfindən yaradılmış beynəlxalq ehtiyat aktividir və üzv ölkələrin beynəlxalq aktivlərinin artırılması üçün nəzərdə tutulur və istənilən ölkə XBH-nı xarici valyutaya dəyişə bilər.
XBH-larının dəyəri 5 aparıcı dünya valyutasının – ABŞ dolları (41,8), Avro (30,9), Çin yuanı (10,9), Yapon yeni (8,3), və İngiltərə funt sterlinqinin (8,1) faizləri əsasında müəyyən edilir.
Tükənmiş valyuta ehtiyatlarının artırılmasına ehtiyacı olan hər bir üzv ölkə kvota üzrə Xüsusi Borclanma Hüquqlarını xarici valyutaya dəyişərək ölkəsinin mərkəzi bankının ehtiyatlarını artıra bilər.
IMF-in Rəhbərlər Şurasının 650 milyard (456 milyard XBH) ABŞ dolları ekvalentində olan XBH-larının yerləşdirilməsi barədə qərarı cari ilin 23 avqust tarixində qüvvəyə minib və elə həmin gün də Azərbaycan Respublikasının IMF-dəkı hesabına 375,4 milyon XBH-ları həcmində vəsait daxil olub.
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















