9 ay ərzində "Gazprom" qaz hasilatını 17,3%, ixracını 15,3% artırıb
İlkin məlumatlara görə, 2021-ci ilin əvvəlindən etibarən (9 ayda), Rusiyanın "Gazprom" şirkəti qaz hasilatını keçən ilin eyni dövrü ilə müqayisədə 17,3% (55,7 milyard kubmetr) artıraraq 378,1 milyard kubmetrə çatdırıb.
Marja xəbər verir ki, 9 ay ərzində MDB xaricindəki ölkələrə qaz ixracı 15,3% (19,3 milyard kubmetr) artaraq 145,8 milyard kubmetrə yüksəlib.
"“Gazprom" tərəfindən MDB xaricindəki ölkələrə ixrac 145,8 milyard kubmetrə çatdırılıb. Bu, bütün tədarük tarixində 9 ay ərzində ikinci ən böyük göstəricidir (2018-ci ildə 149,2 milyard kubmetr)" , -deyə qaz şirkəti bildirib.
Xüsusilə, ilin əvvəlindən etibarən "Gazprom" Türkiyəyə (138,3%), Almaniyaya (33,2%), İtaliyaya (14,2%), Rumıniyaya (305,6%), Polşaya (11,2%), Serbiyaya (125,2%), Finlandiyaya (17,5%), Bolqarıstana (52,5%), Yunanıstana (10,8%) qaz tədarükünü artırıb.
"Gazprom", qaz ötürmə sistemindən daxili bazara tədarükü 15,9% (23,9 milyard kubmetr) artırıb.
Daha əvvəl bildirilmişdir ki, 2021-ci ildə "Gazprom" tərəfindən qaz hasilatının həcmi 55 milyard kubmetr artacaq və 510 milyard kubmetri keçəcək. Bu reallaşsa, son 10 ildə istehsal səviyyəsinə görə rekord olacaq. Bu il Avropaya 183 milyard kubmetr qaz ixrac edilməsi planlaşdırılır.
"Gazprom" 2021-ci ildə Avropada qazın orta ixrac qiyməti ilə bağlı proqnozunu 1000 kubmetr üçün 269,6 dollara qaldırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 3 d. əvvəl
- 28 d. əvvəl
-
14 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
15 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
15 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Rəsmi məzənnələr açıqlandı
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
Ən çox oxunanlar
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb











.webp)










