Dolların 10,5 Türk lirəsinə yüksələcəyi gözlənilir
İtaliya Bankı Unicredit, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarının ardından 2021-ci ilin sonu üçün dollar/TL proqnozunu 1,20 lirə artıraraq 10,5 lirəyə yüksəldib. Türkiyə Mərkəzi Bankı sonuncu yığıncağında pul siyasəti faizini 18%-dən 16%-ə endirib.
Marja xəbər verir ki, Bank, 2021-ci ilin sonunda Mərkəzi Bankın faizinin 14%-ə düşəcəyini gözləyir.
2021-ci ilin sonu üçün Türkiyədə inflyasiya proqnozunu 18,5%-dən 19,6%-ə qaldıran Unicredit, 2022-nin ilk yarısında illik inflyasiyanın 20% ətrafında olacağını, sonra 16,3%-ə doğru geriləyəcəyini nəzərdə tutur.
2021-ci in sonuna qədər keçiriləcək yığıncaqların hər birində 1 faiz bəndi endirim gözlədiklərini qeyd edən bank, Türk lirəsindəki dəyər itkisinin qarşısını almaq üçün rəsmi təşkilatların bir sıra tədbirlər görə biləcəyini vurğulayıb.
Unicredit, 2021-ci ilin sonunda dolların 10,5 lirəyə çatmasını, 2022-ci ilin sonunda isə 11,8 lirə olacağını gözləyir.
Qeyd edək ki, Böyük Britaniya bankı Barclay bu il dolların qiymətinin 9,70 lirəyə, HSBC 9,80 lirəyə, Medley Advisors 10 lirəyə, Societe Generale isə 10,30 lirəyə yüksələcəyini təxmin edir.
Qeyd edək ki, bu həftə Dollar/TL məzənnəsi 9.6085 lirədən bağlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır

















