Rusiyada ilin sonunda inflyasiya 7,4-7,9% proqnozunun yuxarı həddinə yaxınlaşacaq - Mərkəzi Bank
2021-ci ilin sonunda Rusiyada inflyasiyanın 7,4-7,9% proqnoz diapazonunun yuxarı həddinə yaxınlaşacağı gözlənilir.
Marja xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Mərkəzi Bankının pul siyasəti departamentinin direktoru Kirill Tremasov bildirib.
“Bizim baza proqnozumuz ilin sonunda inflyasiyanın 7,4-7,9% səviyyəsində olacağını nəzərdə tutur. İndiyə qədər biz bu proqnozun yuxarı sərhəddinə yaxınlaşdığımızı görürük"deyib.
Bununla yanaşı, departament direktoru vurğulayıb ki, gələn il üçün proqnoz 4-4,5% səviyyəsində dəyişməz qalır: “Görürük ki, gələn ilin birinci yarısında inflyasiya meyllərinin tərsinə çevrilməsi sabit xarakter almağa başlayacaq”.
Rusiya Federasiyası Mərkəzi Bankı etiraf edib ki, beş il ərzində rusiyalı istehlakçılarını rekord güclə vuran inflyasiyanın sürətlənməsinin ləngiməsi bu il dayanmayacaq.
İlin sonuna qədər istehlak qiymətlərinin artım tempi rəsmi proqnozun yuxarı həddinə - 7,9% -ə yaxın qalacaq, bu, "Rosstat"ın 7,78% qiymətləndirdiyi indiki səviyyələrdən də yüksəkdir.
Bu barədə çərşənbə günü Dövlət Dumasının komitələrinin birgə iclasında çıxış edən Rusiya Bankı sədrinin birinci müavini Aleksey Zabotkin bildirib.
İnflyasiya meyllərinin tərsinə çevrilməsi “gələn ilin birinci yarısında sabit xarakter almağa başlayacaq”, - o, deputatlara bildirib.
İlkin olaraq Mərkəzi Bank bu il inflyasiyanı 3,5-4% proqnozlaşdırmışdı, martda proqnoz 3,7-4,2%-ə, apreldə 4,7-5,2%-ə, iyulda 6,7-5,2%-ə, oktyabrda isə 7,4-7,9%-ə qədər yüksəldilib.
Rusiya Mərkəzi Bankı artıq 2014-cü ildən bəri siyasətin ən kəskin sərtləşdirilməsinə başlamış və əsas faiz dərəcəsini illik 4,25%-dən 7,5%-ə yüksəldib. Buna baxmayaraq istehlakçıların və müəssisələrin inflyasiya gözləntiləri sürətlənməkdədir və oktyabr ayında 5 ilin ən yüksək səviyyələrini yeniləməkdə davam edib.
"Əslində, deyə bilərik ki, 2017-ci ildən 2020-ci ilə qədər qazandığımız etimad indi iqtisadi agentlər tərəfindən şübhə altına alınır" deyən Zabotkin, bunun Mərkəzi Bankı "çox narahat etdiyini" əlavə edib.
İnflyasiya gözləntilərinin möhkəmlənməməsi, sahibkarlar və əhalinin qiymət artımının sürətlənməsini gözləməkdə davam etməsi səbəbindən Mərkəzi Bank sərt reaksiya vermək və “qətiyyət nümayiş etdirmək” məcburiyyətindədir”, - Zabotkin izah edib.
Onun sözlərinə görə, insanlar 25 illik yüksək inflyasiyanı və 1990-cı illərin hiperinflyasiyasını hələ də xatırladığından, Mərkəzi Bankın etimadını bərpa etmək üçün daha çox vaxta ehtiyacı var.
Krımın ilhaqından və Qərblə münasibətlərin pisləşməsindən sonra 10% yoxsullaşan Rusiya istehlakçıları üçün inflyasiya artıq həddindən artıq yükdür. Demək olar ki, hər beş nəfərdən biri (18%) qiymətlərin 30% və ya daha çox artdığına inanır.
Vətəndaşların 53%-i iqtisadiyyatda vəziyyətin pisləşdiyini, hər üçdə biri (35%) maliyyə vəziyyətinin pisləşdiyini deyir. Ali İqtisadiyyat Məktəbinin Biznes Araşdırmaları Mərkəzi öz icmalında qeyd edir ki, müvafiq olaraq yalnız 15% və 10% müsbət dəyişikliklər gözləyir.
Mərkəzi Bank inflyasiya ilə bağlı çox az şey edə bilər: qiymətlərin sürətlənməsinin dörddə üçü indi ət, ət məhsulları, meyvə-tərəvəz və avtomobillər hesabına təmin edilir və bu mallar obyektiv, qeyri-monetar səbəblərdən bahalaşır. Qiymətlərin yüksəlməsinə məhsul və yarımkeçirici çatışmazlığı təkan verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 saat əvvəl
Alüminiumun qiyməti 2022-ci ildən bəri ilk dəfə 3 min dollar səviyyəsini keçdi
-
1 gün əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
-
1 gün əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
1 gün əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 2 gün əvvəl
-
2 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
2 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
3 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 3 gün əvvəl
- 3 gün əvvəl
- 3 gün əvvəl
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə























