Qlobal qida qiymətləri rekord səviyyəyə yaxınlaşdı - taxıl və maye yağlar kəskin bahalaşıb
Birləşmiş Millətlər Təşkilatının qida qiymətləri indeksi Oktyabr ayında 133,2-yə yüksələrək 2011-ci ildəki rekord səviyyəsinə yaxınlaşıb. Qlobal qida xərclərindəki artım ilə inflyasiya təzyiqləri də artırır.Qlobal qida qiymətləri keçən ay rekord səviyyəyə doğru yüksəlməyə davam edib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfartı Təşkilatının (FAO) buğdadan tərəvəzə qədər qidaları izləyən qida indeksi Oktyabr ayında 3% artaraq on ilin ən yüksək səviyyəsinə yaxınlaşıb. Bu yüksəlişin inflyasiya təzyiqlərini, mərkəzi bankların inflyasiya narahatlıqlarını və qlobal aclıq böhranını daha da artıracağı gözlənilir.
Bu il bütün dünyada mənfi hava şərtləri əkinçilik məhsullarına zərər verib, xərc artımı və məşğulluq çətinlikləri tarladan marketlərə qədər qida tədarük zəncirinin pozulmasına səbəb olub. Enerji böhranı da xərcləri artıraraq əkinçilikdə çətinliklərə gətirib çıxarıb.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfartı Təşkilatının (FAO) hesabatında, Oktyabr ayında ən böyük qiymət artımlarının taxıl və maye yağlarda baş verdiyi qeyd edilib.
FAO-nun iqtisadçısı Abdulreza Abbasian bəzi ət və şəkər kimi qida qiymətlərinin dayanıldığına dair siqnallar olduğunu bildirib. Abbasian gübrə qiymətlərindəki artımın gələn ilki istehsal üçün də narahatlıq qaynağı olduğunu deyib.
Həmçinin oxu
Rusiya gübrə ixracını məhdudlaşdırırMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
13 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
14 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
14 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi













.webp)








