"Fitch": "Azərbaycanda xarici balansın yaxşılaşması devalvasiya riskini daha da azaldıb"
Azərbaycan cari əməliyyatlar balansında ötən il baş verən 0,5 %-lik kəsirdən sonra, bu il 7,9 % profisitə qayıdacaq.
Bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi məlumat yayıb.
Proqnoza görə, 2022-2023-cü illərdə cari əməliyyatlar hesabının profisiti orta hesabla 5,3 %-ə enəcək, bu da, əsasən neftin proqnozlaşdırılan orta qiymətinin 2022-ci ildə 55 ABŞ dolları/barel və 2023-cü ildə isə proqnozlaşdırılandan 63 ABŞ dolları/bareldən 53 ABŞ dollara/barelə enməsi hesabına olacaq. Ancaq, bu göstəriciyə görə Azərbaycan yenə də analoqlarının qrupunda liderdir.
"Xalis suveren aktiv mövqeyinin, 2020-ci il sonundakı 83,1 %-dən, 2023-cü ilin sonuna ÜDM-nin 84,1 %-nə yüksələcəyi proqnozlaşdırılır. Beləliklə, xarici balansın yaxşılaşması və 1,7 AZN/USD məzənnəsinin saxlanılması devalvasiya riskini daha da azaldıb", - "Fitch Ratings" hesab edir.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















