Türk Lirəsi 11% ucuzlaşdı - YENİLƏNİB
Türk Lirəsi Dollar qarşısında 11% dəyərdən düşdü.Türk Lirəsi sürətlə ucuzlaşmaqda davam edir.
Marja.az xəbər verir ki, Dollar/TL məzənnəsi 13 lirə səviyyəsinə keçib. Bakı vaxtı ilə saat 16:42-də Dollar/TL məzənnəsi 11% artımla 13,4539 səviyyəsini test edib.
Bu gün Dollar bir çox valyutalar qarşısında dəyər qazanıb. ABŞ valyutasının bahalaşması noyabrın 22-də ABŞ prezidenti Co Baydenin Federal Ehtiyatlar Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) hazırkı sədri Cerom Paueli bu vəzifəyə ikinci müddətə namizəd kimi təqdim etməsi ilə bağlıdır. Bu, treyderlərin ABŞ-ın gələcək maliyyə siyasəti ilə bağlı qeyri-müəyyənlik hissini azaldıb və onları dollar almağa sövq edib.
Altı əsas valyuta qarşısında ABŞ valyutasının orta məzənnəni əks etdirən dollar indeksi 96 səviyyələrinə yüksəlib.
Türk Lirəsinin növbəti ucuzlaşması prosesi Türkiyə Mərkəzi Bankının (TCMB) faiz endirimləri ilə başlamışdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın faizə dair bəyanatları da Lirənin ucuzlaşmasını sürətləndirib. Ərdoğan yüksək faizlərə qarşıdır və hesab edir ki, "faiz səbəb, inflyasiya nəticədir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















