Avro və funt sterlinqdə bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır
Həftəliz analiz - 29.11.2021EUR.
Avropada sənaye sektorunda nikbinliyin artması, EUR/USD məzənnəsində bahalaşma müşaiyət olunur. Bu, 1.15$-a kimi davam edə bilər.
Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq ABŞ-ın əmək bazarına dair önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.
GBP.
GBP/USD məzənnəsi də 1.33$-da dəstək görərək dəyər qazanmağa başlayıb. Texniki təhlillər trendin 1.36$-a kimi davam edəcəyini proqnozlaşdırmağa əsas verir.
Bununla yanaşı, enerji birjalarında neftin ucuzlaşması da tendensiyaya qarşı müqavimət yaradır.
TRY.
USDTRY məzənnəsi 13.43TL ilə tarixi rekord səviyyəsini yenilədikdən sonra korreksiyaya başlayıb və “ayı”lar aktivliklərini 10.77TL-yə kimi gücləndirə bilərlər.
Cümə günü saat 11:00-da Türkiyədə yeni inflyasiya rəqəmlərin dərc edilməsi də vacib rol oynayacaqdır.
OIL.
Bazarda neft təklifinin artmasından sonra Brent neftinin bir barel qiyməti 72$-a düşüb. Beləliklə, cari korreksiya 67$-a kimi dərinləşə bilər.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Foreks bazarlarında dolların ucuzlaşması ilə əlvan metallar bazarlarında qızıl qiymətləri də dəstək görüb. Bir unsiya üzrə qiymət 1817$-a (58.4$/qram) kimi də dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır























