"Omikron" ştamı qlobal iqtisadiyyat üçün davam edən riskdir"
“Omikron" ştamının təsirləri, yoluxuculuğu və şiddəti haqqında daha çox məlumat əldə olunana qədər iqtisadi artım proqnozlarımızı yeniləməyimiz üçün çox erkəndir”
Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi məlumat yayıb.
Bildirilir ki, hazırda ötən ilin I rübündəki kimi böyük, sinxronlaşdırılmış qlobal tənəzzül ehtimalı azdır, lakin ştamın yeni variantı yayılacağı təqdirdə inflyasiyanın yüksəlməsi makroiqtisadi göstəriciləri mürəkkəbləşdirəcək.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 26-da "Omikron"u yayılma forması və sağlamlığa təsir edə biləcək mutasiyalarının sayına görə narahatedici variant olaraq təyin edib. “Omicron”un simptomlarının daha pis olduğunu demək üçün heç bir məlumat olmasa da, onun ciddiliyini başa düşmək üçün günlər və ya bir neçə həftə çəkəcək.
“Fitch" hesab edir ki, yoluxmanın qarşısını almaq üçün ölkə miqyasında məhdudiyyətlər kimi son dərəcə sərt qərarlar tələb edən yeni variantın mümkünlüyü qlobal iqtisadiyyat üçün davam edən riskdir: "Lakin əksər böyük ölkələrin təcrübəsi göstərir ki, iş və istehlak modellərinin dəyişməsi ilə koronavirus pandemiyasının hər ardıcıl dalğasının iqtisadi artıma təsiri azalır.
Peyvənd proqramları və virus haqqında təkmilləşdirilmiş elmi anlayış pandemiyanın başlanğıcı ilə müqayisədə qeyri-dərman müdaxilələrə olan etibarı azaldıb. Tam məhdudiyyətlərin yenidən tətbiqi üçün siyasi çəkisi yüksəlib. Bu isə, ötən ilin I rübündəki qlobal ÜDM daralmasının təkrarlanmasını mümkünsüz edir.
Bununla birlikdə, turizm və beynəlxalq səyahət kimi ən çox təzyiqlərə məruz qalan sektorlarda fəaliyyətin pandemiyadan əvvəlki səviyyələrə qayıtması geçikəcək və mal istehlakından xidmətlərə keçid də yavaşlaya bilər".
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
13 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
13 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
13 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi












.webp)








