Gallup: Azərbaycanda iqtisadi optimizm göstəriciləri yüksəkdir
Nüfuzlu “Gallup İnternational” təşkilatının yaydığı məlumata əsasən Azərbaycanda iqtisadi optimizm göstəriciləri yüksəkdir.
İqtisadi ümid indeksində Azərbaycanın mövqeyi 53 balla qiymətləndirilmişdir ki, bu da ötən ilin göstəricisindən 6 bal daha yuxarı göstəricidir. Eyni zamanda bu göstərici İndoneziya və Albaniyadan sonra ən yaxşı üçüncü göstəricidir. İqtisadi ümid indeksi ölkə vətəndaşlarının gələcək iqtisadi perspektivlərlə bağlı gözləntilərinə əsaslanır və vətəndaşlar arasında aparılmış sorğunun nəticələrini əsas götürür.
Son illərdə xüsusi ilə də inkişafda olan ölkələrdə iqtisadi ümid indekslərinin davamlı olaraq artdığı müşahidə olunmaqdadır. Ümumilikdə isə, pandemiyanın təsiri ilə iqtisadi ümid göstəriciləri qlobal miqyasda resessiv trendlərə məruz qalmışdır. Bununla yanaşı, qlobal olaraq vətəndaşların gələcəyə iqtisadi ümidləri yüksək qiymətləndirilmişdir. Baxmayaraq ki, bir sıra ölkələrdə müxtəlif dolayı səbəblər (müharibə, təbii fəlakət, siyasi böhranlar və s.) vətəndaşların gələcəyə iqtisadi ümid gözləntilərini xeyli azaltmışdır. Hazırda siyası böhranların davam etdiyi regionların iqtisadi ümid indekslərinin xeyli aşağı olması da diqqətəlayiqdir.
Qeyd edək ki, 1947-ci ildən fəaliyyət göstərən "Gallup İnternational" təşkilatı dünyada müxtəlif sosioloji sorğular və tədqiqatların aparılması üzrə ixtisaslaşmış nüfuzlu və geniş şəbəkəyə malik beynəlxalq təşkilatdır. Müvafiq sorğu isə 1947-ci ildən bəri aparılmaqdadır. Təşkilatın cari ilin oktyabr-dekabr aylarında apardığı sorğular ümumilikdə 44 ölkədə 41,560 insanı əhatə etmişdir. Qeyd edək ki, sorğunun nəticələrinə əsasən dünya üzrə respondentlərin 38 faizi 2022-ci ilin 2021-ci illə müqayisədə daha yaxşı, 28 faizi daha çətin, 27 faizi isə əsaslı dəyişikliklərin olmayacağına inanır. Beləliklə də, qlobal miqyasda iqtisadi ümid indeksi ötən illə müqayisədə azalmışdır.
İndeks insanların öz ölkələrinin iqtisadi gələcəyi barədə düşüncələrini ölçən mühüm indikator hesab olunur. Bu indeksin metodologiyası əhalinin ümumi rifahını deyil, daha çox, gələcəklə bağlı iqtisadi gözləntilərini əsas götürür. Lakin aydındır ki, gələcəyə bağlı gözləntilər məhz cari situativ vəziyyət əsasında formalaşır. Bu baxımdan, indeksin nəticələri sosioloji sorğulara əsaslandığı üçün ölkə vətəndaşlarının təkcə iqtisadi deyil, həm də cari siyasi, mənəvi və psixoloji vəziyyətinin də inikasiyası hesab oluna bilər. Azərbaycanın mövcud indeks üzrə post-müharibə dövründə yüksək nəticələr göstərməsi həm də Qarabağ regionundakı münaqişənin uzun illərdən sonra hərbi-siyasi yolla həllinin yaratdığı nəticələri də əks etdirir.
Qeyd edək ki, Azərbaycan, bundan əlavə, 2021-ci ildə İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında 6 pillə irəliləyərək 172 ölkə arasında 38-ci yerdə qərarlaşmışdır. Ölkə bu il “Davamlı inkişaf hesabatı 2021” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 55-ci pillədə mövqe tutmuşdur. Eyni zamanda Azərbaycan cari ildə açıqlanmış digər reytinq hesabatlarında da rolunu qoruyub saxladı. Örnək olaraq, "Global Firepower" təşkilatının “Potensial Hərbi Güc 2021” reytinq siyahısında Azərbaycan bu il 63-cü mövqedə qərarlaşmağa nail oldu.
Müştərilərin xəbərləri
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda POS-terminalların sayı bir ayda 23,6 min ədəd azalıb
-
4 saat əvvəl
Türkiyənin məşhur qəhvə şəbəkəsinin 70%-i ərəb şirkətinin nəzarətinə keçir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Polşanın “Asseco” İT şirkəti Azərbaycanda filial açmağı nəzərdən keçirir
-
7 saat əvvəl
İndoneziya Azərbaycandan dəmir filizi almağı nəzərdən keçirir
-
8 saat əvvəl
Lizinq şirkətindən 1 milyon manatlıq səhm buraxılışı – yerləşdirmə tarixi açıqlandı
-
10 saat əvvəl
“Atəşgah” Sığorta Şirkətinin sədrinə İcbari Sığorta Bürosunda vəzifə verilib
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Tramp: Çinlə münasibətlərdə böyük irəliləyiş əldə etmişik
İndoneziya Azərbaycandan dəmir filizi almağı nəzərdən keçirir
Ən çox oxunanlar
Lizinq şirkətindən 1 milyon manatlıq səhm buraxılışı – yerləşdirmə tarixi açıqlandı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olub
“Carlsberg” Azərbaycanda istehsalı genişləndirməyə hazırlaşır
“KollektA”nın səhmlərinə 3 investor pul yatırdı
Slovakiya şirkəti Azərbaycanda əczaçılıq məhsulları istehsal edəcək


























