Rusiyanın ən böyük pərakəndə satış şirkətlərindən biri defolt elan edib
"OR Group" (keçmiş "Obuv Rossii") 592 milyon rubl məbləğində BO-07 seriyalı istiqrazların ödənilməməsi ilə bağlı olaraq texniki defolt edib.
Marja xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
Emitent istiqraz sahibləri qarşısında öhdəliklərini yerinə yetirməyib və texniki defolt yaranıb.
Məlumatda qeyd edilir ki, emitentin öz qiymətli kağızlarının sahibləri qarşısında öhdəliklərini yerinə yetirməməsinin səbəbi emitentin cari hesabında öhdəliklərin yerinə yetirilməsi üçün zəruri olan məbləğdə vəsaitin olmamasıdır. Öhdəliyin pul ifadəsində məbləği 592 milyon rubl təşkil edir. Eyni zamanda şirkət istiqrazlar üzrə 20-ci kuponu ödəyə bilib.
“BO-07 istiqrazlarının təxminən 99%-iinə bir şəxs sahibdir. Biz kreditorla daimi əlaqə saxlayırıq və hazırda istiqrazların geri alınması ilə bağlı vəziyyəti həll etmək üçün danışıqlar aparırıq. Artıq borcun müddətinin uzadılması variantları ilə bağlı razılığa gəlmişik, hazırda texniki məsələlər üzrə razılığa gəlirik”, - deyə şirkətin mətbuat xidmətindən bildirilib.
"OR Group" ticarət platformasıdır. Şirkət Rusiyanın 308 şəhərində 7591 obyekti olan "Westfalika" brendi altında pərakəndə və xidmət obyektləri şəbəkəsini və westfalika.ru portalını idarə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
12 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
12 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
12 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi












.webp)










