Bu gün Azərbaycan faiz qərarını açıqlayacaq - PROQNOZ
Bugün Azərbaycan Respublikası Mərkəzi Bankı 2022-ci ilin ilk faiz qərarını qəbul edəcək və ictimaiyyətə açıqlayacaqdır. Mərkəzi Bank sürətlənən inflyasiyanı cilovlamaq üçün artıq 2021-ci ilin ikinci yarısında 3 dəfə faiz artırıb.
Marja.az xəbər verir ki, Azərbaycanda illik inflyasiya Mərkəzi Bankın inflyasiya hədəf diapazonunu (2%-6% aralığı) aşdığından Mərkəzi Bank bu gün də uçot dərəcəsini artıra bilər. 2021-ci ildə istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2020-ci ilə nisbətən 6,7 faiz, 2021-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi 2020-ci ilin dekabr ayına nisbətən 12 faiz artıb.
2022-ci ilin yanvar ayında bir çox əsas qida məhsullarının (un, çörək, ət və s.) qiymətlərinin yüksəlməsi inflyasiyanın daha da sürətləndiyinə işarədir.
Mərkəzi Bankın pul siyasəti monetar şəraitin sərtləşməsi vasitəsilə inflyasiyanın məhdudlaşdırılmasına və onun hədəf diapazonuna (4±2%) qaytarılmasına yönəlmişdir.
Ötən ilin Sentyabr ayında Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 6.25%-dən 6.50%-ə, dəhlizin aşağı həddinin 5.75%-dən 6%-ə, yuxarı həddinin isə 6.75%-dən 7%-ə yüksəldilməsi barədə qərar qəbul etmişdi.
29 Oktyabr 2021-ci il tarixində Mərkəzi Bank uçot dərəcəsini 0,50 bənd artırmışdı. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti, uçot dərəcəsinin 6.50%-dən 7%-ə artırılması, dəhlizin aşağı həddinin 6%, yuxarı həddinin 8% səviyyəsində müəyyən edilməsi barədə qərar qəbul etmişdi.
17 Dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7%-dən 7.25%-ə qaldırılmışdı. Faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8.25% səviyyəsində müəyyən edilmişdi.
İnflyasiyanın sürətlənməsi Mərkəzi Bankı faiz artırmağa məcbur edir.
"Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar ortamüddətli dövrə makroiqtisadi proqnozlar və inflyasiyanın risk balansında dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcəkdir. Pul siyasətinə dair adekvat qərarlar verə bilmək üçün Mərkəzi Bank bundan sonra da inflyasiyanın xərc və təklif amillərini sıx monitorinq edəcək, dünya və ölkə iqtisadiyyatlarının müxtəlif ssenarilərdə inkişaf proqnozlarını nəzərdən keçirəcəkdir", -Mərkəzi Bank ötən ilin son iclasından sonra bildirmişdi.
İnflyasiya təzyiqləri son vaxtlar qiymətlərin formalaşmasında həlledici rol oynayan xarici amillər hesabına artmaqdadır. Dünya bazarında birja məhsulları qiymətlərinin və ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsi, təchizat zəncirində qırılmalar və daşınma xərclərinin artımının təsirləri gözlənildiyindən daha əhəmiyyətli və davamlı xarakter alır. Daxili xərc amilləri, xüsusən dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasının inflyasiya proseslərinə təsiri davam etməkdədir. Qeyd olunan amillər qiymət gözləntilərini yüksəltməklə inflyasiyanın hədəf ətrafında lövbərləşməsini mürəkkəbləşdirir.
Faiz dəhlizinin parametrlərinin saat 12:00 radələrində ictimaiyyətə elan ediləcəyi gözlənilir. Faiz qərarından sonra Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərin suallarını cavablandıracaqdır.
UÇOT FAİZ DƏRƏCƏSİ NƏDİR?
Nəzəriyyəyə görə, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.
Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
14 d. əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
-
-
1 saat əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 2 saat əvvəl
-
2 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib
Azərbaycanın Portuqaliyada Səfirliyi təsis edilib
Ən çox oxunanlar
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
























