Yaponiya hakimiyyəti Ukrayna böhranı fonunda neftin qiymətinin qalxmasından narahatdır
Yaponiya hökuməti Ukrayna ətrafında yaranmış gərgin vəziyyət fonunda neftin qiymətinin qalxmasından narahatdır.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Tokioda keçirilən mətbuat konfransında iqtisadiyyat, ticarət və sənaye naziri Koişi Haqiuda bildirib.
“Biz neftin qiymətinin qalxmasını və bunun yapon biznesinə təsirini Ukrayna ətrafındakı vəziyyətlə bağlı böyük narahatlıqla izləyirik” deyib.
Ölkənin Maliyyə naziri Şunichi Suzuki Tokioda keçirilən mətbuat konfransında hökumətin Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ və Fransanın da daxil olduğu G7-nin digər ölkələri ilə sıx əməkdaşlıq edərək vəziyyətə cavab vermək niyyətində olduğunu söyləyib.
Bazar ertəsi Yaponiyada neftin qiyməti Ukrayna ətrafında gərginliyin artması fonunda 2014-cü ilin oktyabr ayının sonundan bəri ən yüksək səviyyəyə qalxıb.
Kyodo agentliyinin məlumatına görə, qiymət artımı, ABŞ və digər Qərb ölkələri Moskvaya qarşı sərt iqtisadi sanksiyalar tətbiq etsələr, Rusiyadan neft ixracının mümkün azalması qorxusu ilə bağlıdır. Həmçinin investorlar hesab edirlər ki, Avropa İttifaqı ölkələri Ukraynadakı münaqişə səbəbindən Rusiya Federasiyasından təbii qaz tədarükünün azalması ilə üzləşsələr, neft məhsullarından istifadəni genişləndirə bilərlər.
Artan neft qiymətləri Yaponiyada benzin və dizel yanacağının qiymətinin sürətlə artmasına səbəb olub. Bununla əlaqədar ölkə hökuməti topdansatışçılar üçün subsidiya sistemi tətbiq etməyə məcbur olub, onları qiymət artımını məhdudlaşdırmağa sövq edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
11 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
12 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
12 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi












.webp)









