Ani Ödənişlər Sistemilə ödənişlərin həcmi 100 milyon manata yaxınlaşıb
2021-ci il ərzində ölkədə Milli Ödəniş Sistemi (AZİPS, XÖHKS) vasitəsilə aparılan əməliyyatların ümumi həcmi 217.7 mlrd. manat, sayı isə 70.8 mln. ədəd təşkil etmişdir.
Marja Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, hesabat dövrü ərzində Milli Ödəniş Sisteminin əsas komponentləri olan iri və təcili ödənişlər üzrə “Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi” (AZİPS) üzrə keçən 4 ödənişlərin sayı 1.1 mln. ədəd, həcmi 183.8 mlrd. manat, xırda və daim təkrarlanan ödənişlərin elektron daşıyıcılarla həyata keçirilməsinə imkan verən “Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi” (XÖHKS) üzrə isə ödənişlərin sayı 69.6 mln. ədəd, həcmi 33.9 mlrd. manat olmuşdur.
2020-ci il ilə müqayisədə aparılan əməliyyatların sayında AZİPS üzrə 22.8%, XÖHKS üzrə isə 18.2% artım olmuşdur. Milli Ödəniş Sistemi vasitəsilə kommersiya bankları tərəfindən aparılmış köçürmələrin sayı və həcmi 2020-ci illə müqayisədə müvafiq olaraq 18.3% və 8.6% artmışdır.
Hökumət Ödəniş Portalı üzrə göstəricilər
Büdcə ödənişləri və kütləvi xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanılması üçün yaradılmış “Hökumət Ödəniş Portalı”nın (HÖP) imkanlarının genişləndirilməsi davam etdirilmişdir. Hazırda bu infrastruktura 11 mərkəzi icra hakimiyyəti orqanı, 4 kommunal xidməti müəssisəsi, 5 stasionar və mobil rabitə operatoru, 116 məhkəmə orqanı, 19 sığorta şirkəti, 1438 bələdiyyə orqanı, 109 ali və orta ixtisas təhsil müəssisəsi və digər sosial əhəmiyyətli qurumlar inteqrasiya olunmuşdur. Bu gün HÖP-ə inteqrasiya olunmuş qurumlar üzrə 1100-dən çox xidmət üzrə ödənişlərin toplanılması təmin olunur. Bu xidmətlər üzrə ödənişlər 26 bank və “Azərpoçt” MMC-nin 2500- dən çox filial və şöbələrində, 4000-dən çox ödəniş terminalında nağd və nağdsız formada aparıla bilər. HÖP üzərindən 2021-ci il ərzində həyata keçirilən əməliyyatların ümumi həcmi 4,1 mlrd. manat təşkil etmişdir və bu əməliyyatların 58%-i nağdsız formada aparılmışdır. Əməliyyatların ümumi həcmi 2020-ci il ilə müqayisədə 25.8%, o cümlədən nağdsız əməliyyatların həcmi 35.2% artmışdır.
Ani Ödənişlər Sistemi üzrə göstəricilər
Hesabat ili ərzində 24/7 rejimində fəaliyyət göstərən “Ani Ödənişlər Sistemi”nin (AÖS) əhatə dairəsi və funksionallıqları genişləndirilmiş, kiçik təsərrüfat subyektlərində nağdsız ödənişlərin qəbuluna imkan verən QR kod kimi sərfəli ödəniş üsulları yaradılmışdır. Eyni zamanda, ölkə ərazisində vahid QR kod standartının tətbiqi məqsədilə “Azərbaycan Respublikası ərazisində ödənişlər zamanı QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik” hazırlanaraq təsdiq edilmişdir. Fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN, VÖEN, mobil nömrə, e-poçt) aparılmasına imkan verən AÖS-ə hazırda 21 bank, “Azərpoçt” MMC və Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi inteqrasiya olunmuşdur. AÖS vasitəsilə 2021-ci il ərzində həyata keçirilən ödənişlərin sayı 37.4 min ədəd, həcmi isə 97.9 mln. manat olmuşdur. 2021-ci ildə AÖS platformasında “QR kod” vasitəsilə nağdsız ödəniş imkanı yaradılmışdır. Bu ödəniş üsulunun üstünlükləri ödənişlərin birbaşa bank hesabları üzərindən aparılması və əldə olunan malların dəyərinin ödəniş kartından istifadə edilmədən mobil qurğular vasitəsilə həyata keçirilməsidir. 2021-ci il ərzində “QR kod” vasitəsilə həyata keçirilən ödənişlərin sayı 2.3 min ədəd, həcmi isə 7.9 min manat olmuşdur.
Müştərilərin xəbərləri
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
53 d. əvvəl
Azərbaycanda ilk LEGO® Certified Store “TORGROUP Global” tərəfdaşlığı ilə açılır
-
1 saat əvvəl
Daşınmaz əmlakın icbari sığortasında yığımlar 38% azalıb, ödənişlər 66% artıb
-
1 saat əvvəl
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
-
1 saat əvvəl
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıqçılıqda yeni dövr: John Deere-in güclü kombaynı Azərbaycanda - FOTOLAR
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
Ən çox oxunanlar
İkinci kart almaq istəyənlərə PİS XƏBƏR: Bank kartları ilə bağlı yeni məhdudiyyət – ikinci kart verilməyəcək
Bakıda 6 avtobus marşrutu üzrə daşıyıcı dəyişə bilər - 22, 31, 67, 92, 172 və 191 nömrəli avtobuslarla bağlı YENİLİK
Bitkiçilik sığortasında ödənişlər 91,5% azalıb
Heyvanların sığortası üzrə ödənişlər 3,5 dəfə artıb
Yük sığortası üzrə ödənişlər 53% artıb
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib






















