Qazaxıstan Milli Bankı faiz qərarını açıqladı
Qazaxıstan Milli Bankı uçot dərəcəsini illik 13,5% səviyyəsində saxlamaq qərarına gəlib.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü maliyyə tənzimləyicisinin mətbuat xidməti məlumat yayıb.
“Qazaxıstan Respublikası Milli Bankının Pul Siyasəti Komitəsi uçot dərəcəsini faiz dəhlizi plus və ya minus 1 faiz bəndi ilə illik 13,5% səviyyəsində dəyişməz saxlayıb" - məlumatda bildirilir.
Fevralın 24-də Qazaxıstan Milli Bankı uçot dərəcəsini illik 10,25%-dən 13,5%-ə qaldırmışdır.
Mətbuat xidmətinin məlumatına görə, uçot dərəcəsinin dəyişməz qalması qərarı onunla əlaqədardır ki, onun hazırkı səviyyəsi artıq tənzimləyicinin geosiyasi risklərin artmasına və inflyasiya proseslərinin sürətlənməsi riskinə reaksiyasını əks etdirir.
"Eyni zamanda, xarici və daxili makroiqtisadi vəziyyətin daha da pisləşəcəyi təqdirdə monetar şərtlərin daha da sərtləşdirilməsi üçün imkanlar var", - Milli Bank izah edib.
Tənzimləyicinin fikrincə, dünya ərzaq və enerji qiymətlərinin artması ilə əlaqədar olaraq inflyasiya əvvəlki proqnozlardan yüksək olacaq. “İnflyasiyanın yüksək dinamikasının əsas səbəbi qeyri-ərzaq məhsullarının istehlakında idxalın payının yüksək olması səbəbindən təngənin məzənnəsinin ucuzlaşmasının daxili qiymətlərə keçməsidir. Beləliklə, 2022-ci ilin sonuna qədər hədəfi aşmaq riski xeyli artıb”, - deyə məlumatda bildirilir.
"Bundan əlavə, geosiyasi böhran səbəbindən Qazaxıstan iqtisadiyyatı üçün əvvəllər düşünüldüyündən daha aşağı artım gözlənilir. Eyni zamanda, iqtisadiyyatın artım tempi yüksək əmtəə qiymətləri, büdcə xərclərinin potensial artımı, həmçinin epidemioloji vəziyyətin yaxşılaşması ilə dəstəklənəcək”, - deyə Milli Bankın mətbuat xidmətindən bildirilib.
Uçot dərəcəsi ilə bağlı növbəti planlaşdırılmış qərar aprelin 25-də açıqlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
11 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
11 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
11 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi












.webp)










