“Aprelin 1-nə qədər rublla ödəniş təsdiqlənməsə, qazın nəqli dayanmayacaq”
Kremlin sözçüsü qeyd edib ki, Putin Avropa liderləri ilə söhbətlərində yeni qaz ödənişi sxemini rəsmən elan edilməmişdən əvvəl ümumi şəkildə onları məlumatlandırıb.Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov cümə günü jurnalistlərə müsahibəsində bildirib ki, alıcıların aprelin 1-nə qədər rublla ödənişi təsdiqləməsələr, Rusiya qazının tədarükü dayandırılmayacaq.
"İndiyə qədər vəziyyət belədir. Dünən mənə çoxlu suallar verdilər ki, bu o deməkdirmi ki, rublla bağlı heç bir təsdiq olmasa, aprelin 1-dən qazın verilməsi kəsiləcək. Xeyr, bu o demək deyil. Dünən imzalanmış fərmandan irəli gəlmir ki, hazırda davam edən tədarükün ödənişi bu gün həyata keçirilməlidir, ayın ikinci yarısının sonunda, aprelin sonunda edilməlidir, hətta mayın əvvəlində”, - Peskov izah edib.
Qazın pulunun ödənilməsi üçün Rusiya banklarında hesabların açılması üçün son tarixlə bağlı sualı cavablandıran Peskov təfərrüatlar üçün "Qazprom"la əlaqə saxlamağı tövsiyə edib.
Kremlin sözçüsü qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Avropa liderləri ilə söhbətlərində qazın dəyərinin ödənilməsinin yeni sxemini cümə axşamı rəsmən elan edilməmişdən əvvəl açıqlayıb. "Ümumiyyətlə, o, bu sxemi onlara izah edib."
"Qazın dost olmayan ölkələrə rublla tədarükü ilə bağlı qərar gələcəkdə ləğv oluna bilər, lakin indi bu, Moskva üçün ən etibarlı variantdır", - prezidentin mətbuat katibi vurğulayıb.
"Əlbəttə, əgər başqa şərtlər yaranarsa. Amma indiki şəraitdə rubl bizim üçün ən üstün və etibarlı variantdır", - o deyib.
Kreml nümayəndəsinin diqqəti Putinin bir gün əvvəl səsləndirdiyi sözlərə də yönəlib. Cümə axşamı dövlət başçısı qeyd edib ki, Avropa ölkələri Rusiyadan qazın bir hissəsini faktiki olaraq pulsuz alıblar, çünki onlar “avro ilə ödəyiblər, sonra isə bunu özləri dondurublar”.
Peskovdan rublla qaz ödənişləri haqqında fərmanın artıq tədarük edilmiş resurslara da şamil edilə biləcəyi də soruşulub. "Xeyr, əlbəttə ki, onun geriyə qüvvəsi yoxdur", - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib.
Qazprom-dan bildiriblər ki, qazın rus rublu ilə ödənilməsinin yeni proseduru ilə bağlı bildirişlər bu gün rəsmi olaraq qarşı tərəflərə göndərilib.
"Rusiya qazının ixrac üçün tədarükü üçün ödənişlər Rusiya Federasiyasının qaydalarına uyğun olaraq həyata keçiriləcək", - Qazprom bildirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
10 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
10 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
11 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi












.webp)








