“Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov çətin vəziyyətdə - BAŞ NAZİRİN MÜAVİNİNƏ MƏKTUB YAZDI
“Kommersant”: “Lukoyl” şirkəti neft emalı zavodlarını anbarlardakı həddindən artıq mazut ehtiyatları səbəbindən bağlaya bilər. Nəşrin məlumatına görə, şirkət mazut həcmlərinin İES-ə yönləndirilməsini və ətraf mühitə mənfi təsirə görə yüksək cərimələrin müvəqqəti ləğvini təklif edib.Rusiyada neft emalı, Qərbin sanksiyaları şəraitində, mazutun daşınma həcmində kəskin azalma ilə üzləşib, nəticədə anbarlarda bu yanacağın artıqlığı əmələ gəlib. Anbarların dolması neft emalı zavodlarının bağlanmasına və ya istehsalın azaldadılmasına səbəb ola bilər.
Marja.az-ın məlumatına görə, “Kommersant” qəzeti cümə axşamı müraciətin surətinə istinadən yazır ki, bu barədə “Lukoyl” şirkətinin prezidenti və ortaq sahibi Vahid Ələkbərov martın 25-də Rusiya baş nazirinin müavini Aleksandr Novaka məktubunda bildirib.
Ələkbərov neft emalı zavodlarının bağlanmaması üçün mazut həcmlərinin müvəqqəti olaraq yanacaq kimi İstilik Elektrik Stansiyalarına (İES) yönləndirilməsini və ətraf mühitə mənfi təsirlərə görə yüksək cərimələrin müvəqqəti ləğvini təklif edir.
Qəzet yazır ki, səmt neft qazının yandırılması üçün də eyni güzəştlərə ehtiyac var.
Enerji bazarının qaydalarına görə, istehsalçı şirkətlər mövcud olan ən ucuz yanacaq növündən istifadə etməlidirlər; bu, bir qayda olaraq qazdır. Mazutdan yalnız qaz təchizatında fasilələr yarandıqda və ya onun sərfiyyatının hədləri tükəndikdə istifadə olunur. Rusiya Energetika Nazirliyinin hesabatına görə, 2020-ci ildə mazut İES-lərin ümumi istehlakının 2%-ni təşkil edib.
İES-lərdə mazutdan istifadənin artması ilə əlaqədar olaraq, neft şirkətlərinin ətraf mühitə mənfi təsir üçün ödənişləri artıracaqdır. “Lukoyl” bu cür hallarda, həmçinin səmt neft qazının məşəldə yandırılması halında yüksək cərimənin tətbiqini dayandırmağı təklif edir.
Rusiya Təbii Sərvətlər Nazirliyi hesab edir ki, “Lukoyl”un təkliflərinin təsdiqlənməsi ətraf mühit üçün regional büdcələrdən vəsait çatışmazlığına gətirib çıxaracaq.
Energetika Nazirliyindən qəzetə bildirilib ki, bu məsələ üzərində iş gedir. “Lukoyl” və Təbii Sərvətlər Nazirliyi “Kommersant”a vəziyyəti şərh etməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
10 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
10 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
11 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi











.webp)










