Dövlət Xidməti Bakı – Şuşa – Bakı biletlərinin qısa vaxtda satılmasına aydınlıq gətirdi -3-4 saatda 564 bilet satılıb
Dövlət Avtomobil Nəqliyyatı Xidməti: "Biletləri kütləvi şəkildə kimlərinsə alması və daha sonra baha qiymətə satması mümkün deyil"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şuşa və Ağdam şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üzrə biletlər aprelin 26-da satışa çıxarılıb. Biletlərin satışa çıxarılması barədə qurumun internet saytı, sosial media hesabları və mətbuatda məlumat verilib.
Bakı – Şuşa – Bakı istiqaməti üzrə biletlər ilk 3-4 saat ərzində tam satılıb. Ümumilikdə bu marşrut üzrə 564 bilet vətəndaşlar tərəfindən alınıb.
Əhmədbəyli – Şuşa – Əhmədbəyli istiqaməti üzrə, bu saata olan məlumata görə, 658 biletdən 642-si satılıb. Beləliklə, may ayında 1222 vətəndaşın Şuşaya səfəri təmin olunacaq.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, biletləri kütləvi şəkildə kimlərinsə alması və daha sonra baha qiymətə satması mümkün deyil:
"Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Onu da qeyd edək ki, bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir və ötürülməsi mümkün deyil. Əgər vətəndaşlar qanunsuz bilet satışı halları ilə rastlaşıblarsa, bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.
Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. May ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə səfər edə biləcəklər. Reyslər həftənin cümə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək.
Əhmədbəyli – Şuşa – Əhmədbəyli istiqamətində həftənin 3 günü – bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günləri səfər etmək mümkündür.
Beləliklə, həftənin bütün günləri Şuşa istiqamətində reyslər həyata keçirilir".
Qeyd edilib ki, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması, eləcə də şəffaflığın və rahatlığın təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı yalnız www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 122 reys uğurla həyata keçirilib, 5084 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
3 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
3 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
























