Çinin valyuta ehtiyatları aprel ayında da azalmağa davam edib
Çin Xalq Bankı (Mərkəzi Bank) aprel ayında yenidən milli valyuta ehtiyatlarında azalma qeydə alıb.
Marja xəbər verir ki, Çin Xalq Respublikasının Valyuta Nəzarəti üzrə Dövlət Administrasiyası rəhbərinin müavini Wang Chunying şənbə günü bildirib ki, valyuta ehtiyatları mart ayı ilə müqayisədə apreldə 68,3 milyard dollar (-2,14%) azalaraq 3 trilyon 119 milyard dollara düşüb.
Mənfi dinamika mart ayı ilə müqayisədə təxminən üç dəfə yüksək olub. Valyuta ehtiyatları fevral ayı ilə müqayisədə martda 25,8 milyard dollar (-0,8%) azalmışdı.
Valyuta ehtiyatlarının azalması dollar xaric əksər digər valyutaların dəyərinin azalması ilə bağlıdır.
“Qlobal maliyyə aktivlərinin dəyəri əhəmiyyətli dərəcədə aşağı düşüb ki, bu da aparıcı dövlətlərin pul siyasətinin gözlənilən nəticələri, dünyadakı geosiyasi vəziyyət, koronavirus pandemiyası və dollar indeksinin nəzərəçarpacaq dərəcədə artması ilə bağlıdır”,- Wang Chunying izah edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat əvvəl
Bakı Aeroportu: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
3 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
3 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Ən çox oxunanlar
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub























