Neft ucuzlaşmaqda davam edir
Həftənin ilk ticarət günündə neftdə müşahidə edilən ucuzlaşma, bugün də sürətlənərək davam edir.
Marja.az xəbər verir ki, ABŞ xam nefti və Brent nefti 1 faizdən çox ucuzlaşıb. Bakı vaxtı ilə saat 08:40-da Brent nefti 1,25% ucuzlaşma ilə 104,62 dollardan ticarət olunub.
Avropa İttifaqının Rusiya nefti ilə bağlı embarqo planını yumşaldacağına dair xəbər axını neft bazarlarına təsir göstərib.
Bildirilir ki, Avropa Birliyinin daxili müzakirələrdən sonra Rusiya neftinə tətbiq edəcəyi sanksiyaları yumşaltması gözlənilir.
Avropaya Rusiya neftinin nəqlinə qadağa qoyulmasının Rusiyanın ən mühüm gəlir mənbələrindən biri olan neft ixracına ciddi ziyan vuracağı təxmin edilir.
Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen və Macarıstanın baş naziri Viktor Orban arasında Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı keçirilən görüşdə qismən irəliləyiş əldə edildiyini açıqlayıb.
Budapeştdə keçirilən Orban-von der Leyen görüşündən sonra danışan Szijjarto, görüşdə Rusiyadan neft alışını qadağan etməyi planlaşdıran Avropa Birliyi Komissiyasının yeni sanksiyalar paketinin müzakirə edildiyini bildirib.
Nazir Szijjarto, "Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı AB Komissiyasının sədri ilə Budapeştdə keçirilən görüşdə qismən və kiçik irəliləyiş əldə edildi" deyib.
Szijjarto, yeni sanksiya paketinin hazırkı formada qəbul ediləcəyi təqdirdə ölkəsinin enerji təhlükəsizliyinə ciddi ziyan vuracağını və AB Komissiyasının yeni sanksiya qanun layihəsini hazırkı formada qəbul etməyəcəklərini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
39 d. əvvəl
Bakı Aeroportu: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
1 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
2 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Ən çox oxunanlar
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


























