Rusiya iqtisadiyyatının bu il 12% çökəcəyi gözlənilir
Bloomberg Rusiya Maliyyə Nazirliyinin 1994-cü ildən bəri ən pis tənəzzülü gözlədiyini öyrənib. Agentliyinin məlumatına görə, Rusiya Maliyyə Nazirliyinin daxili proqnozu 2022-ci ildə ölkənin ÜDM-nin 12% azalacağını nəzərdə tutur.Bloomberg agentliyi yazır ki, Rusiya Maliyyə Nazirliyi Qərbin sanksiyalarının güclənməsi fonunda ölkə iqtisadiyyatında son 30 ildə ən dərin enişi gözləyir.
Marja.az xəbər verir ki, mənbələrin məlumatına görə, Maliyyə Nazirliyi 2022-ci ildə Rusiyanın ümumi daxili məhsulunun (ÜDM)n 12% azalacağına inanır. Bu, iqtisadiyyatın 12,6% çökdüyü 1994-cü ildən bəri ən ciddi eniş olacaq.
Bloomberg-in həmsöhbətlərindən biri qeyd edir ki, Maliyyə Nazirliyinin proqnozu özünü doğrultsa, bu, son on ildəki iqtisadi artımı siləcək.
BCS-nin baş iqtisadçısı Natalya Lavrova bildirib ki, Rusiya iqtisadiyyatının çöküşünə əsasən neft tədarükünə qadağa, Aİ-nin Rusiya qazından imtinası, həmçinin xarici şirkətlərin ölkəni tərk etmələri təsir göstərir. Onun fikrincə, yalnız cari sanksiyalar nəzərə alınarsa, Rusiya iqtisadiyyatının azalması 2022-ci ildə 10,8%, 2023-cü ildə isə təxminən 5% ola bilər.
Aprelin 29-da Rusiya Mərkəzi Bankı sərt sanksiyalar qarşısında Rusiya iqtisadiyyatının çöküşünün "dərinliyi ilə" bağlı ilk rəsmi proqnozunu verib. Mərkəzi Bank 2022-ci ildə real ÜDM 8-10%, 2023-cü ildə 0-3% azalacağını gözləyir. İqtisadi artımın yalnız 2024-cü ildə (2,5-3,5%) yaranacağı proqnozlaşdırılır.
"S&P Global Market Intelligence" analitiklərinin fikrincə, Rusiya iqtisadiyyatını 2021-ci il səviyyəsinə qaytarmaq üçün on il vaxt lazımdır. Onlar göləyirlər ki, 2022-ci ildə ölkənin ÜDM-i 11,1%, 2023-cü ildə 1,9% azalacaq, 2024-cü ildə isə 1,6% artacaq.
XXX
"Bloomberg-də dərc olunan Rusiyanın iqtisadiyyatının 2022-ci ilin sonuna kimi 12% azala biləcəyi ilə bağlı məlumat həqiqətə uyğun deyil", Rusiya Federasiyası Maliyyə Nazirliyi bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 40 d. əvvəl
-
-
43 d. əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
59 d. əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
1 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Ən çox oxunanlar
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


























